Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

24 Fevral 2012 - №08

 

Elmi-praktik konfrans

 

Naxçıvan Özəl Universitetində "Xocalı -XX əsrin faciəsidir" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Tədbir iştirakçıları konfransdan əvvəl universitetin kitabxanasında təşkil edilmiş soyqırımın dəhşətlərini əks etdirən sərgiyə baxmışlar.   Universitetin akt zalında davam edən konfransda ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev çıxış edərək bildirmişdir ki, o zaman erməni quldurları tərəfindən Xocalıda xalqımıza qarşı törədilən soyqırımı barədə dünya ictimaiyyətinə məlumat verilmədi, faciənin əsl mahiyyətinə  aydınlıq gətirilmədi. Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə gələndən sonra faciəyə siyasi qiymət verildi. Ümummilli liderimizin imzaladığı fərmanla hər il fevralın  26-sı Xocalı soyqırımı günü kimi qeyd olunur. 20 il keçməsinə baxmayaraq, bu faciə heç vaxt unudulmayacaq. Bu gün torpaqlarımızı erməni işğalçılarından təmizləməyə gücümüz, qüvvəmiz və qüdrətli ordumuz var. Ölkəmizdə aparılan uğurlu xarici siyasət nəticəsində Azərbaycanın işğal olunmuş torpaqları azad ediləcək, xocalılar da öz doğma yurdlarına qayıdacaqlar.

Tədris və elmi işlər üzrə prorektor İbrahim Kazımbəyli və tərbiyə işləri üzrə prorektor Əli Yusifov çıxışlarında vurğulamışlar ki, ulu öndərimizin siyasi kursunun  layiqli davamçısı Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının  tanınması istiqamətində  yorulmaq bilmədən çalışır, bu sahədə  ardıcıl iş aparır.   Sonda Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş etdirilmişdir. 

Nuray ƏSGƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov