Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

24 Fevral 2012 - №08

 

BSU-da "Azərbaycanın reliktiv dilləri" mövzusunda tədbir keçirilib

 

Fevralın 21-də Bakı Slavyan Universitetində  "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə "Mədəni irs" silsiləsindən "Azərbaycanın reliktiv dilləri" mövzusunda elmi seminar keçirildi.

Beynəlxalq Ana Dili Gününə həsr olunmuş  bu tədbirdə BSU-nun prorektoru, fəlsəfə elmləri doktoru Məmməd Əliyev bildirdi ki,  hər bir xalq özünü bəşəriyyətə qədim köklərə, ənənələrə malik olan ana dili ilə təqdim edir. Dili yaşadan, inkişaf etdirən xalqdır. Lakin dilin zənginləşməsi, saflaşması, beynəlxalq nüfuz qazanması, dünya dilləri arasında özünəməxsus yer tutması xalqın dəyərli övladları tərəfindən həyata keçirilir. Bu mənada ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətləri vardır.

M.Əliyev dedi ki, ana dilimizin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. 2002-ci ildə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm addımdır. Bu tarixi sənəd ulu öndərin xalqımıza və dilimizə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindəndir. Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ənənələri uğurla davam etdirir. Dövlətimizin başçısının "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü ildə imzaladığı sərəncam dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Seminarda Tbilisi Dövlət Universitetinin tələbəsi və oradakı Qafqazşünaslıq İnstitutunun tədqiqatçısı Elnur Əliyev "Azərbaycanın reliktiv dilləri" mövzusunda təqdimatla çıxış etdi. Təqdimatda Azərbaycanın qafqazdilli xalqları, həmin xalqların dilləri və xüsusən iber-qafqaz dillərinin fonoloji bazaları haqqında geniş məlumat verildi.

Sonda mövzu ətrafında müzakirələr aparıldı  və tədbir diskussiya şəklində başa çatdı. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov