Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

24 Fevral 2012 - №08

 

Beynəlxalq Ana Dili Günü qeyd olundu

 

Bakının Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında 21 fevral- Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Nüşabə Ələkbərova açaraq bildirdi ki, bizim sevimli dilimiz olan Azərbaycan dilini ulu babalarımız və ulu öndərimiz  Heydər Əliyev çox sevib, ona həmişə böyük qiymət verib və deyib: "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm".

Bəli, dünyanın ən qədim dillərindən sayılan dilimizi biz də dərindən bilməli, sevməli və onun saflığını qorumalıyıq.

Tədbirdə geniş məruzə ilə çıxış edən kitabxananın əməkdaşı Şəbnəm Babaşova bildirdi ki, Beynəlxalq Ana Dili Günü YUNESKO tərəfindən 1999-cu il fevralın 21-də elan edilib.

Azərbaycan dili də dünya dilləri ailəsinin bir üzvüdür. Onun tarixi xalqımızın tarixi deməkdir. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol açması ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.

Bu ənənələri ölkə Prezidenti İlham Əliyev də uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında və Azərbaycan Milli Ensiklopediyasının hazırlanması haqqında sərəncamları və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Mərasimdə kitabxananın fəal oxucularından olan, filologiya üzrə fəlsəfə   doktoru Rasim Nəbioğlu, Cəlil Məmmədquluzadənin ev-muzeyinin böyük elmi işçisi Yeganə Məmmədova da çıxış edərək ana dilimizi zənginləşdirməyin, yad ünsürlərdən qorumağın, onu sevməyin vacibliyini vurğuladılar.

Tədbirdə Bakıdakı 189 nömrəli tam orta məktəbin metodbirləşmə sədri Təranə Rzayeva, Azərbaycan dili və ədəbiyyat müəllimləri Cəmilə Bayram, Xanım Rzayeva və Ləman Qurbanovanın rəhbərliyi ilə VII "d" sinif şagirdlərinin hazırladığı Vətənə, anaya və doğma dilimizə aid şairlərimizin yazdığı şeirlərdən nümunələr söylədilər.

Sonda  iştirakçılar kitabxananın şöbə müdiri Cəmilə Səmədovanın təşkil etdiyi "Ana dilimiz-milli sərvətimiz" adlı kitab sərgisinə və C. Məmmədquluzadənin ev-muzeyinin əməkdaşları Saleh İbrahimov və Nigar Səfərovanın səyi ilə tərtib olunaraq, Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığını əks etdirən fotostendlərə böyük maraqla tamaşa etdilər. 

Ədalət DAŞDƏMİRLİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov