Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Mart 2012 - №09

 

Azərbaycan məktəblərində elektron dərslərdən istifadə ediləcək

 

"Intel" korporasiyasının beynəlxalq Skoool layihəsi çərçivəsində Azərbaycan məktəblərində elektron dərslərdən istifadə ediləcəkdir. "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində ölkəmizdə reallaşdırılacaq Skoool layihəsi "Intel"-in qlobal təşəbbüsü olaraq özündə riyaziyyat, biologiya, fizika, kimya fənləri və ibtidai siniflər üzrə 400 elektron dərsi birləşdirir. Müxtəlif ölkələrdə tətbiq olunan bu layihənın istifadəsi üçün dərslər tərcümə edilir və həmin ölkələrin tədris proqramlarına uyğunlaşlırılır. 

Azərbaycanda Skoool layihəsinin elektron dərslərinin lokallaşdırılması Edumedia təşkilatı tərəfindən həyata keçiriləcəkdir. Həmin təşkilat tərəfindən bu işə müvafiq fənlər üzrə ən təcrübəli müəllimlər cəlb edilərək onlara zəruri məsləhətlər veriləcək. Azərbaycan dilinə tərcümə edilmiş bütün dərslər www.skoool.az resursunda azad istifadədə olacaqdır. Layihənin Azərbaycanda tam tətbiqi bu ilin may ayına planlaşdırılmışdır.
 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov