Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Mart 2012 - №09

 

İki min müəllim rəsmi elektron poçt xidmətindən istifadə edir

 

Azərbaycan müəllimləri üçün korporativ elektron poçt xidmətində qeydiyyatdan keçmiş müəllimlərin sayı 2 min nəfərə çatmışdır. Müəllimlər elektron poçtu ilə (ad, [email protected]) Təhsil Nazirliyi, "Microsoft Azərbaycan" şirkəti və "Mədəd-Azərbaycan" təşkilatının  birgə fəaliyyəti sayəsində "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində təchiz olunublar.

"Microsoft Azərbaycan" şirkətinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində müəllimlərin poçt ünvanları teacher.edu.az domeni adı altında açılmışdır. Elektron poçt ünvanları Microsoft Live@Edu texnologi platformasının bazasında işləyir.

"Microsoft Azərbaycan" şirkətinin "Təhsildə əməkdaşlıq" proqramının meneceri Emin Axundovun sözlərinə görə, elektron poçtu ilə Dövlət Proqramı çərçivəsində təlimlərdən keçmiş, həmçinin "Elektron məktəb" layihəsinə qoşulmuş pilot məktəblərin müəllimləri təchiz edilir. Bu təşəbbüsün əsas məqsədi müəllimlər arasında İnternet vasitəsilə münasibətlərin dərinləşməsi və peşəkar informasiya mübadilələrinin yeni mərhələyə çatdırılmasıdır. Bununla yanaşı, təhsil işçilərinin rəsmi e-poçt ünvanları ilə təchizatı təhsil sistemində elektron idarəetmənin və sənəd dövriyyəsinin tətbiqinə zəmin yaradan amillərdən biridir. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov