Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Mart 2012 - №09

 

"Araz" kurslarının keçirdiyi "Bilik yarışı"nın qalibləri mükafatlandırıldı

 

"Çağ" Öyrətim Şirkətinin "Araz" ali məktəblərə hazırlıq kursları artıq 4 ildir ki, ölkənin ümumtəhsil məktəblərinin VIII və IX sinif şagirdləri arasında "Bilik yarışı" təşkil edir. Şirkətin Azərbaycandakı fəaliyyətinin 20 illiyinə həsr olunmuş builki  yarışma "Müasir Azərbaycan və "Çağ" Öyrətim" devizi altında keçirilmişdir. Fevralın 18-də "Araz" Kursları Baş İdarəsinin yerləşdiyi Bakı Asiya Universitetinin binasında yarışlarda ən yüksək nəticə göstərən şagirdlərin mükafatlandırılması mərasimi oldu.

Tədbir Xocalı faciəsi qurbanlarının və ölkəmizin azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət himninin səsləndirilməsi ilə açıldı. Sonra  "Çağ" Öyrətim Şirkətinin ölkəmizdəki fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş etdirildi. Filmdə "Araz" kurslarının uğurları da yer almışdı.

"Araz" Kursları Baş İdarəsinin rəisi İrfan Uzundəmir mərasimdə söylədiyi təbrik nitqində rəhbərlik etdiyi qurumun fəaliyyətindən, həyata keçirdiyi layihələrdən söz açaraq bildirdi ki, Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının test sistemi ilə keçirilməyə başlandığı dövrdən "Araz" kursları təhsilimizə öz köməyini əsirgəməmişdir. Yarandığı gündən təhsil ictimaiyyətinin diqqətini özünə çəkməyə müvəffəq olan "Araz" kursları test təcrübəsini çox uğurla Azərbaycanda tətbiq edir. 20 il öncə Bakı şəhərində cəmi bir kursla bünövrəsi qoyulan "Araz" kursları hazırda respublikamızın 10 müxtəlif şəhər və rayon mərkəzində 12 kursla fəaliyyətini davam etdirir.

"Araz" kursları ali məktəblərə yüksək səviyyədə hazırlaşmağı hədəfləyən 9, 10 və 11-ci sinif şagirdlərinin, həmçinin orta məktəb məzunlarının ən çox seçdiyi yoldur. Kurslarda dərslər 12-16 nəfərlik qruplar halında həftədə 3 dəfə olmaqla, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının elan etdiyi qəbul proqramlarına əsasən keçilir.

İrfan bəy əldə olunmuş uğurlardan da danışaraq qeyd etdi ki, kursların məzunları 20 ildə 46 dəfə ən yüksək nəticə əldə etmiş, 113 məzun Prezident təqaüdünə layiq görülmüşdür. Ümumilikdə 1235 nəfər  600-dən yuxarı bal toplamışdır. Bu kurslarda ali məktəblərə hazırlaşmış 8 abituriyent imtahanlardan maksimum nəticə göstərərək 700 bal toplamışdır.

İdarə rəisi "Araz" kurslarının təhsil ictimaiyyətini, eləcə də yuxarı sinif şagirdlərini daim yenilikləri ilə də sevindirdiyini deyərək cari tədris ilində yeni - "Video həllər" layihəsinin əsasının qoyulduğunu, həmin layihəyə əsasən "Araz" kurslarının sınaq imtahanlarında iştirak edən abituriyentlərin imtahanlarda istifadə olunan test tapşırıqlarının həlli və şifahi izahı ilə heç kimin köməyi olmadan imtahandan cəmi iki saat sonra tanış ola biləcəklərini bildirdi.

"Bilik yarışı"nın nəticələrini diqqətə çatdıran İ.Uzundəmir builki yarışmada 3432-si VIII, 4981-i isə IX sinif şagirdi olmaqla bütövlükdə 8223 şagirdin öz biliyini nümayiş etdirdiyini söylədi. Bildirdi ki, hər qrup üzrə yüksək bal toplayanlar bölgələrdə olan "Araz" kurslarının keçirdiyi tədbirlərdə mükafatlandırılmışlar. Bugünkü tədbirdə həm VIII, həm də IX siniflər üzrə ən yüksək nəticə əldə etmiş 20 şagird mükafatlandırılacaq. Sonra İrfan Uzundəmir qalibləri, onların təmsil etdikləri məktəblərin direktorlarını təbrik etdi. Qaliblər qrup-qrup səhnəyə dəvət olunaraq onlara fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olundu. Qalib şagirdlərlə bərabər onların oxuduqları məktəblərin direktorları da mükafatlandırıldılar.

Mükafatları şagirdlərə və direktorlara təqdim edən Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç, "Araz" Kursları Baş İdarəsinin rəisi İrfan Uzundəmir, Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin təhsil müşaviri Halis Koyuncuoğlu, Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Məhəmməd Bayramov, Türkiyə-Azərbaycan Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömləksiz və başqaları onlara təhsildə, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzuladılar, "Bilik yarışı"nın əhəmiyyətini yüksək qiymətləndirib onun təşkilatçılarına təşəkkür etdilər. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov