Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Mart 2012 - №09

 

"Təhsil" Nəşriyyat-Poliqrafiya Birliyinin uğurları günbəgün artır

 

 Bu günlərdə "Təhsil" Nəşriyyat-Poliqrafiya Birliyi Beynəlxalq "Ticarət Liderləri Klubu" tərəfindən keçirilmiş müsabiqədə "Keyfiyyətə görə" qızıl medal, xüsusi priz və döş nişanı ilə mükafatlandırılıb. Mükafatın təqdimat mərasimi İspaniyanın paytaxtı Madrid şəhərində qurumun baş ofisində təşkil edilib.

Bu münasibətlə martın 1-də "Təhsil" Nəşriyyat-Poliqrafiya Birliyində təşkil edilmiş tədbir mükafatın təqdimat mərasiminə həsr edilmiş videomaterialın nümayişi ilə başlayıb.

Birliyin baş direktoru Bəhruz Axundov mərasim iştirakçılarına rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, poliqrafiya bazası və yeni qazanılmış uğurla bağlı məlumat verib. Bildirib ki, müxtəlif nəşr növləri ilə məşğul olan müəssisənin hazırladığı kitablar dəfələrlə ölkə və beynəlxalq müsabiqələrdə fərqlənərək yüksək mükafatlara layiq görülüb.

Beynəlxalq "Ticarət Liderləri Klubu" haqqında məlumat verən B.Axundov deyib ki, qurumun 90 ölkədən 7700 üzvü vardır. Təşkilatın müxtəlif ölkələrdə ofisləri fəaliyyət göstərir. Qurumun fəaliyyətində əsas məqsəd iqtisadiyyatın və biznesin daha çox və dinamik inkişafına nail olan ayrı-ayrı ölkələr arasında tanışlığın və qarşılıqlı əlaqələrin yaranmasına və daha da artırılmasına, eləcə də müştərək biznes və yaradıcılıq fəaliyyətinin yaranmasına kömək göstərməkdir.

Natiq diqqətə çatdırıb ki, bu müsabiqə 35 ölkə üzrə keçirilmiş və qalib 7 min üzvün səsverməsi yolu ilə müəyyən edilmişdir. Mükafatın 40 illik yubileyi ilə əlaqədar qızıl medalın üzərində simvolik rəsm verilib.

Xüsusi olaraq qeyd edilib ki, "Təhsil" Nəşriyyat-Poliqrafiya Birliyi bu yüksək beynəlxalq mükafata layiq görülmüş ilk Azərbaycan nəşriyyatıdır.

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vaqif Abbasov, professor Cahangir Məmmədli, şair Çingiz Əlioğlu, Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Vaqif Bəhmənli, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Mədəniyyət və Turizm Nazirliyinin "Mədəniyyət" jurnalının baş redaktoru Leyla Əfəndiyeva və başqaları nəşriyyatın qazandığı bu uğuru yüksək qiymətləndirmiş və müəssisə rəhbərliyinə işlərində yeni-yeni uğurlar arzulayıblar. 

Ə.DAŞDƏMİRLİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov