Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Mart 2012 - №09

 

"Fövqəladə hallarda özünü necə aparmalı"

 

Bu günlərdə Bakıdakı 285 nömrəli tam orta məktəbdə "Fövqəladə hallarda özünü necə aparmalı" mövzusunda maarifləndirmə tədbiri keçirildi. Tədbirdə məktəbin müəllim-şagird kollektivi ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin, Mülki Müdafiə qoşunlarının, Dövlət Yanğından Mühafizə, Dövlət Sularda Xilasetmə və Tibb xidmətlərinin, Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Malik Qurbanov baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınmasının və yaxud həmin hadisələr zamanı psixoloji olaraq hazır olmağın vacibliyini bildirdi. Qeyd etdi ki, gündəlik həyatımızda rastlaşdığımız təhlükənin qarşısının alınması məqsədilə bu mövzuda yüksək səviyyədə maariflənmə işi hər birimizin üzərinə düşən vəzifədir. Belə tədbirlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirən M.Qurbanov tədbirin təşkilində əməyi keçən FHN-nin Bakı Regional Mərkəzinin əməkdaşlarına minnətdarlığını bildirdi.

Tədbirdə həmçinin partlayıcı maddələrin (şübhəli elementlərin) aşkar olunması zamanı insanların davranış qaydaları, fəlakətə düçar olmuş və ya köməyə ehtiyacı olan insanlara ilk və təxirəsalınmaz tibbi yardımın göstərilməsi, eləcə də təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji obyektlərin mühafizəsi haqqında məlumatlar verildi, fövqəladə hallar mövzusunda sənədli film nümayiş olundu.

Tədbirin praktik hissəsində xilasetmə əməliyyatının imitasiyası və xüsusi xilasetmə avadanlıqlarının təqdimatı oldu.

Sonda müəllim və şagirdləri maraqlandıran suallar FHN-nin əməkdaşları tərəfindən cavablandırıldı. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov