Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

2 Mart 2012 - №09

 

Ədəbi-bədii gecə

 

Bakıdakı A.Şaiq adına 54 nömrəli tam orta məktəbin pedaqoji kollektivinin  təşəbbüsü ilə Abdulla Şaiqin  ev-muzeyində ədibin 130 illiyinə həsr olunmuş "Yad et məni" mövzusunda xatirə gecəsi keçirilib. Tədbirdə çıxış edən  ev-muzeyin direktoru Ülkər Talıbzadə  Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin həyat və yaradıcılığından  ətraflı bəhs edib.

Çıxışlarda vurğulanıb ki, ömrünün 60 ilini  xalqın maariflənməsinə  həsr edən  Abdulla Şaiqin ədəbi yaradıcılığı ictimai fikir tarixində əhəmiyyətli rol oynayıb. Qeyd olunub ki, ədibin irsinin təbliği  böyüməkdə olan gənc nəslin yetişməsində, vətənə məhəbbət ruhunda tərbiyə olunmasında  əvəzsiz bir xəzinədir.

Sonra məktəbin şagirdləri ədibin şeirlərindən nümunələr söyləyib , "Nüşabə" pyesindən, "Tıq-tıq xanım" tamaşasından parçaları və "Güllər" kompozisiyasını nümayiş etdiriblər. 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov