Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

08 Mart - № 10

 

Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Azərbaycan Respublikası Prezidentinin "Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında" 16 fevral 2012-ci il tarixli, 2051 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə 

ƏMR EDİRƏM: 

1. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq  Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 130 illik  yubileyinin keçirilməsinə dair Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri, ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər.

3.  Müəssisələrin rəhbərlərinə tədbirlər planının icrasının  təmin ediməsi və görülmüş işlər haqqında məlumatın 25 noyabr 2012-ci il tarixinə qədər Təhsil Nazirliyinə təqdim edilməsi tapşırılsın.

4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və tədbirlər planı ilə birlikdə Təhsil Nazirliyinin İnternet səhifəsində yerləşdirilməsini təmin etsin.

5. Ümumi şöbə (X.Fərəcov) əmr və tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını  təmin etsin.

6. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun. 

Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
2 mart 2012-ci il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov