Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

08 Mart - № 10

 

Təhsil Nazirliyində elektron xidmətlərin tətbiqinə başlanılıb

 

 Azərbaycanın davamlı və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması dövlət siyasəti prinsiplərindən birinə çevrilmiş və bu sahədə mühüm tədbirlər görülmüşdür.

Son illər informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən normativ-hüquqi aktlar əsasında dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsi sahəsində hüquqi baza formalaşmışdır.

İndi modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının dövlət siyasətinə uyğun olaraq Təhsil Nazirliyində də elektron xidmətlərin tətbiqinə başlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanına uyğun olaraq Təhsil Nazirliyində  elektron hökumət xidmətləri interaktiv və informasiya istiqamətləri üzrə formalaşmaqdadır. Elektron xidmətlər bölməsi Təhsil Nazirliyinin www.edu.gov.az rəsmi İnternet səhifəsində fəaliyyət göstərir.

İnteraktiv xidmətlərə "Ümumi təhsil müəssisələrinə qəbulla bağlı e-ərizə", "Tam və ümumi orta təhsil pilləsi üzrə sınaq və yekun buraxılış imtahanlarının nəticələri haqda məlumatların əldə edilməsi", "Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün ərizələrin qəbulu, imtahanların keçirilməsi və imtahan nəticələri haqda məlumatların əldə edilməsi", "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"  üzrə elektron ərizələrin qəbulu", "Şagirdlərin təhsildə qazandıqları cari nailiyyətləri əks etdirən məlumatların  əldə edilməsi (Valideyn Nəzarət Sistemi)" kimi bloklar daxildir.

Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu ilə bağlı bölmədə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə reqlament, müəllimlərin işə qəbulu üzrə elektron ərizə, şəxsi kabinet, namizədlər tərəfindən vakant yerlərin seçilməsi və elektron ərizənin doldurulmasına dair Təlimat, test suallarının cavablandırılmasına dair Təlimat və s. funksionallar və məlumatlar yerləşdirilmişdir. 

"Ümumi təhsil müəssisələrinə qəbulla bağlı e-ərizə" bölməsində ərizələr e-məktəblərdə 2012-ci ilin avqustundan qəbul edilməyə başlanacaqdır. Sonra isə Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmuş digər məktəblərin şagirdləri və valideynlər "Ümumi təhsil müəssisələrində sınaq və yekun buraxılış imtahanlarının nəticələri" bölməsi vasitəsilə imtahanların nəticələri ilə taniş ola biləcəklər.

"Respublikada fəaliyyət göstərən bütün növ təhsil müəssisələri haqqında məlumatların əldə edilməsi" istiqaməti üzrə interaktiv "Məktəb xəritəsi" proqramı (www.schoolmap.edu.az) qurulmuşdur. Həmçinin məktəb haqqında lazım olan ətraflı məlumatları özündə birləşdirən (www.ned.edu.az) Milli Təhsil Məlumat Bazası yaradılmışdır. Məlumat bazasında məktəbdənkənar, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinin  siyahısı, əlaqə nömrələri, ünvanları, sayt və elektron poçt ünvanları göstərilmişdir.

Təhsil Nazirliyinin İnternet səhifəsindən həmçinin elektron xidmətlər vasitəsilə respublikada fəaliyyət göstərən bütün növ təhsil müəssisələrinə qəbul qaydaları, ümumtəhsil məktəblərində şagird nailiyyətlərinin məktəbdaxili, milli və beynəlxalq qiymətləndirilməsi, təhsil müəssisələrində təhsil alanların təhsil müəssisələrini dəyişmək qaydaları, de-institutlaşma və uşaqların müdafiəsi barədə məlumatların əldə edilməsi, Təhsil Nazirliyinin rəhbər işçiləri ilə əlaqə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları və etik standartlar modeli haqqında məlumatları almaq olar.  

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov