Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

08 Mart - № 10

 

ADU-nun bir qrup müəllim və tələbəsi  Norveçdə Yay məktəbində iştirak edəcək

 

 ADU rektoru, millət vəkili, professor Səməd Seyidov bu ilin iyun - avqust aylarında Norveçə Yay məktəbinə gedəcək müəllim və tələbələrlə görüşdü. Görüşdə o, Yay kursları çərçivəsində reallaşacaq səfəri regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin 10 tələbə və 4 müəlliminin həyatında əhəmiyyətli hadisə kimi xarakterizə etdi. ADU tələbələrinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan S.Seyidov onları həm Azərbaycanı, həm də ADU-nu layiqincə təmsil etməyə səslədi. Tələbələri ölkəmizin adını uca tutmağa çağıran rektor S.Seyidov onların münasibət və davranışlarında, təhsillərində öz mədəniyyətlərini yüksək səviyyədə göstərməyi tövsiyə etdi. Tələbələrlə fikir mübadiləsi aparan rektor onların qiymətləri ilə maraqlandı, səmimi söhbət etdi. Rektor müəllim və tələbələrə uğurlar arzuladı.

Qeyd edək ki, iyunun 26-dan avqustun 6-dək reallaşacaq səfər ADU ilə Norveçin Oslo Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir.

Xatırladaq ki, ADU-da Skandinaviya mərkəzi 2007-ci ilin mayından fəaliyyətə başlayıb. Elə həmin ildən də ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsində skandinaviyaşünaslıq ixtisası açılıb.

Onu da qeyd edək ki, ADU ilə Oslo Universiteti arasında olan əməkdaşlıq çərçivəsində keçən il iyun ayının 24-dən avqustun 5-dək ADU-nun 2 müəllimi və skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan 10 tələbəsi Oslo Universitetində Beynəlxalq yay məktəbində olublar.  

ADU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov