Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

08 Mart - № 10

 

Cəmiyyət həyatında qadınlar fəal iştirak edirlər

 

Naxçıvan Dövlət Universitetində 8 mart - Beynəlxalq Qadınlar günü qeyd olundu. Rektor, akademik İsa Həbibbəyli universitetin qadın əməkdaşlarını təbrik edərək 45 yaşlı ali məktəb tarixində onların əvəzolunmaz yerindən və rolundan danışdı. Qeyd olundu ki, qadın problemi əsrlər boyu Azərbaycan maarifçilərinin, mütəfəkkirlərinin  diqqət mərkəzində olmuş, bu məsələyə xüsusi əhəmiyyət verilmiş, qadınların cəmiyyət həyatında fəal iştirakının təmin olunması istiqamətində mühüm tədbirlər görülmüşdür. Artıq XX əsrdən etibarən Azərbaycan cəmiyyətində qadının ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə rolu artmağa başlamış   və bütün bunlar ölkədə demokratik dövlət quruculuğunun, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin əməli nəticəsidir.

Pedaqoji fakültənin tyutoru Ruhəngiz Əliyeva çıxışında Sara xatun, Xurşidbanu Natəvan, Züleyxa Seyidməmmədova, Qəmər Salamzadə, Qəmər Almaszadə, Leyla Məmmədbəyova, Sona Nuriyeva, Zərifə Əliyeva kimi xalqımızın tarixində silinməz izlər qoymuş  görkəmli qadın şəxsiyyətləri haqqında danışdı. Qeyd olundu ki, ölkədə qadın problemləri dövlətin daim diqqətindədir. Sevindirici haldır ki, bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsində qadınlarımız  dünya səviyyəsində öz sözünü deyə bilir.

Mühasibat uçotu və maliyyə kafedrasının  baş müəllimi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Mehriban İmanova "Azərbaycanda gender siyasəti və qadınların iqtisadiyyatda rolu" adlı çıxışında qadınlarımızın müxtəlif sahələrdə məşğulluq  səviyyəsini statistik rəqəmlərlə diqqətə çatdırdı.

Tədbirdə Universitet Televiziyasının hazırladığı videoçarxlar nümayiş olundu. Bayram tədbiri incəsənət fakültəsinin təqdim etdiyi konsert proqramı ilə sona çatdı. 

Nərmin CƏFƏROVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov