Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

08 Mart - № 10

 

Mülki müdafiə təlimlərində fərqlənən şagirdlərə diplomlar verildi

 

Bakıdakı  A.Səfərov adına 114 nömrəli tam  orta məktəbdə 1 mart - Beynəlxalq Mülki Müdafiə günü münasibəti ilə tədbir keçirildi.  Tədbirdə məktəbin kollektivi ilə yanaşı, Suraxanı Rayon İcra Hakimiyyətindən, Fövqəladə Hallar Nazirliyindən nümayəndələr və  KİV təmsilçiləri  iştirak edirdilər.

Qonaqlar əvvəlcə  ulu öndər Heydər Əliyev Muzeyinə baxdılar. Sonra fövqəladə hallar zamanı istifadə olunan əleyhqazlar və kimyəvi cihazlarla tanış oldular. Şagirdlər kimyəvi cihazların və əleyhqaz avadanlıqlarının işlənmə qaydası haqqında tədbir iştirakçılarına məlumat verdilər. Qonaqlar həmçinin məktəbin şagird və məzunlarının  "Şahin" hərbi idman oyunlarında və müxtəlif idman yarışlarında qazandıqları qələbələri əks etdirən fotogüşə ilə də tanış oldular. Sonra idman zalında keçirilən  yarışları izlədilər. Tədbir iştirakçıları həmin gün məktəbdə keçirilən mülki müdafiə hazırlığı dərslərini dinlədilər.  Dərslərdə şagirdlər fövqəladə hadisələr zamanı hansı addımları atmaq lazım gəlməsi  barədə məlumat verdilər.

Məktəbin həyətində təşkil olunmuş mərasim hamının diqqət mərkəzində idi. Belə ki,  fövqəladə hadisə zamanı təcili tibbi yardım maşınından tutmuş yanğınsöndürən maşına qədər böyük bir  qrup öz işini görürdü. Əvvəlcə  xilasedicilər binanı nəzarətə götürdülər. Əhalini partlayış baş verən ərazidən uzaqlaşdırıb əleyhqazlar və aspiratorlarla  təhlükəsiz sığınacaqlara yerləşdirdilər. Xəsarət alanlara isə tibb işçiləri ilkin tibbi yardım göstərdikdən sonra tibbi yardım maşınlarına yerləşdirib xəstəxanalara apardılar. Yanğın böyük ərazini əhatə etdiyindən yanğınsöndürənlərin işi bir az çətin oldu.  Gücləndirilmiş iş rejimində işləyən xilasedicilər işlərini uğurla tamamladılar.

Məktəbin direktoru Ceyran Novruzova tədbirdə iştiraklarına görə qonaqlara məktəb kollektivi adından minnətdarlığını bildirdi. 1 mart - Beynəlxalq Mülkü Müdafiə gününün əhəmiyyəti barədə məlumat verdi.  O, dövlətimizin  bu sahəyə olan diqqətindən danışdı.

Tədbirdə iştirak edən qonaqlar da mülki müdafiə günü haqqında danışaraq belə tədbirlərin təhsil ocaqlarında keçirilməsini yüksək qiymətləndirdilər.

Tədbirin sonunda mülki müdafiə təlimlərində iştirak edən şagirdlərə diplomlar təqdim olundu. 

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov