Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

08 Mart - № 10

 

Coşqunun arzusu Olimpiya oyunlarında iştirak etməkdir

 

Coşqun Əzimov 1994-cü il sentyabrın 9-da İmişli rayonunun Qaralar kəndində anadan olub. Hazırda İmişli şəhər 1 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseyin XI sinif şagirdidir. O, 8 yaşından Azərbaycanın əməkdar məşqçisi Qalib Şükürovun rəhbərlik etdiyi sərbəst güləş bölməsində ustalığını artırır.

Onun müxtəlif illərdə idman yarışlarında qazandığı nailiyyətlərdən fəxrlə söhbət açan fiziki tərbiyə müəllimi Fazil Seyfəliyev bildirib ki, Coşqun İran İslam Respublikasının Təbriz şəhərində keçirilən turnirdə uğurla çıxış edərək I yerin sahibi olub. 1994-95-ci il təvəllüdlü idmançılar arasında respublika turnirində qalib gələrək I yeri, Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə Beynəlxalq turnirdə isə  II yeri tutub.

O, Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında keçirilən beynəlxalq turnirdə ikinci nəticə, Bakı şəhərində sərbəst güləş üzrə respublika birinciliyində isə III yeri tutaraq gümüş və bürünc medallara layiq görülüb. Coşqun dəfələrlə Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının diplom və medallarına da layiq görülüb. 

Onu da deyək  ki, 2012-ci  ilin "İdman ili" elan olunması onu daha yüksək qələbələr qazanmağa ruhlandırır. Coşqunun ən böyük arzusu lisenziyalara sahib olaraq Olimpiya oyunlarında iştirak etməkdir. Biz də Coşqunun yüksək zirvələr fəth edəcəyinə, arzularının çin olacağına inanırıq. 

ƏDALƏT

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov