Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Mart 2012 - №11

 

Rusiyalı kitabşünaslar BSU-da olublar

 

Heydər Əliyev Fondunun dəvəti ilə Bakıda olan M.İ.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Dövlət Kitabxanasının baş direktoru, YUNESKO-nun eksperti Yekaterina Qeniyeva və kitabxananın digər nümayəndələri martın 13-də Bakı Slavyan Universitetində professor-müəllim kollektivi ilə görüşmüşlər.

Rusiyanın ən böyük ictimai və elmi kitabxanalarından olan bu kitabxananın nadir profilli fondu onun Rusiya kitabxanaları sırasında xüsusi yerini müəyyənləşdirir. Fondunda 100 nüsxə kitab ilə fəaliyyətə başlayan kitabxanada hazırda 144 dildə 5 milyondan çox xarici ədəbiyyat və dövri nəşriyyat nümunələri toplanmışdır.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev rusiyalı qonaqlara universitet haqqında ətraflı məlumat verərək demişdir: "Sizin kitabxananız Rusiyanın təkcə elmi-mədəni həyatında deyil, həm də siyasi həyatında mühüm rola malikdir". BSU-nun tərcümə fakültəsində təhsil alan tələbələrin gələcəkdə sözügedən kitabxananın Tərcümə mərkəzində ixtisasartırması ilə bağlı kitabxana müdiriyyəti ilə razılıq əldə etdiyini vurğulayan rektor bu gözəl görüşə şərait yaratdığına görə Heydər Əliyev Fonduna dərin təşəkkürünü bildirmişdir.

Novruz bayramı ərəfəsində Bakıya səfər etməkdən məmnunluğunu gizlətməyən Y.Qeniyeva görüş iştirakçılarını bayram münasibətilə təbrik edərək demişdir: "Bakıda olduğumuz müddətdə əmin olduq ki, rus dili Azərbaycanda çox geniş işlənir, bu da bizim üzərimizə böyük öhdəliklər qoyur. Biz rus dilinin Azərbaycanda yaşaması və inkişafı üçün əlimizdən gələni etməyə hazırıq".

Rəhbərlik etdiyi kitabxana haqqında ətraflı məlumat verən Y.Qeniyeva həm də bu kitabxanada Azərbaycan Mədəniyyət Mərkəzinin postsovet ölkələri arasında yeganə mərkəz olduğunu qeyd edərək bildirmişdir ki, bu mərkəz Heydər Əliyev Fondunun köməkliyi ilə açılmışdır.

Y.Qeniyeva rəhbərlik etdiyi kitabxana ilə BSU arasında geniş əməkdaşlıq haqqında hazırlanan müqaviləyə toxunaraq bu istiqamətdə mühüm addımlar atılacağına əmin olduğunu vurğulamışdır. Müqavilədə səyyar kitab sərgilərinin keçirilməsi, BSU-da müasir rus ədəbiyyatının ən görkəmli nümayəndələri ilə görüşlərin təşkili, tələbələrin təcrübə keçməsi, universitet kitabxanasının yeni nəşrlərlə zənginləşdirilməsi, kitab mübadiləsinin təşkili və digər birgə layihələr nəzərdə tutulmuşdur.

Y.Qeniyeva qonaqlar adından gözəl Bakı şəhərini görməyə imkan yaratdığına görə Heydər Əliyev Fonduna minnətdarlığını bildirmişdir.

Sonda moskvalı qonaqlar BSU-nun yenidən qurulmuş kitabxanası ilə tanış olmuşlar. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov