Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Mart 2012 - №11

 

Bahar təravətli, Novruz sevincli

 

Bu günlərdə Bakıdakı 236 nömrəli tam orta məktəbdə xalqımızın sevinc və şadlıq bayramı olan Novruza həsr olunmuş tədbir keçirildi. Tədbir məktəbin IX sinif şagirdləri və təşkilatçı müəllimləri tərəfindən hazırlanmışdı.

Mərasimi giriş sözü ilə açan məktəbin direktoru Xanlar İmaməliyev iştirakçıları bayram münasibəti ilə təbrik etdi. O, xalqımızın milli bayramı olan Novruzun tarixinə nəzər salaraq bildirdi ki, bu bayram əsrlərin qaynağından süzülüb gələn, yaddaşlarda kök salan qədim el bayramıdır.  Bu milli bayramımızın indi dövlət səviyyəsində geniş qeyd olunması Azərbaycanın müstəqilliyinin bəhrələrindəndir.

Sonra doqquzuncuların fizika fənni üzrə bilik yarışı başlandı. Novruz bayramına həsr olunan yarışda IX "e" sinfinin "Elm" komandası ilə IX "d" sinfinin "Dostluq" komandası maraqlı proqramla çıxış etdilər. Hər iki komanda bu bilik yarışında fəal iştirak etsə də, ixtisas müəllimlərindən ibarət münsiflər heyətinin qərarı ilə "Dostluq" komandası qalib elan olundu və bu komanda Səngəçal terminalının nəzdindəki muzeyə ekskursiya etmək şansı əldə etdi. Eyni zamanda məktəbin fizika müəllimi Qıztamam Yaqubovanın rəhbərliyi ilə hazırlanmış bu yarış proqramı öz intellektual səviyyəsinə, şagirdlərin bilik və bacarığından məharətlə istifadə edildiyinə görə böyük marağa səbəb oldu və münsiflər heyəti tərəfindən yüksək dəyərləndirildi.

Bu bahar təravətli tədbirdə şagirdlər Novruzla bağlı müxtəlif səhnəciklər və əyləncəli oyunlar göstərdilər. Mahnılar oxundu və şeirlər söyləndi. Sonra Novruzun əsas atributları olan Kosa ilə Keçəl öz məzəli çıxışları ilə tədbir iştirakçılarında xoş ovqat yaratdılar. 

Ədalət DAŞDƏMİRLİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov