Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Mart 2012 - №11

 

Bahar gəlir yurdumuza

 

Martın 14-də Bakıdakı 54 nömrəli tam orta məktəbdə VMA-nın təşkilatçılığı ilə Novruz bayramına həsr olunan "Bahar gəlir yurdumuza" adlı tədbir  keçirildi. Bayram münasibətilə tədbir iştirakçılarını təbrik edən məktəbin direktoru Sahibə  Abbasova Novruzun tarixi haqqında  məlumat verdi.

Tonqala od vuruldu. Bahar qızı, Kosa və Keçəl  şagirdlərin  toplaşdığı məktəbin həyətinə daxil oldular. Onlar milli rəqslər ifa edərək xalq inanclarından, deyimlərindən söylədilər, bayrama aid müxtəlif səhnəciklərlə tədbiri  daha da yaddaqalan və maraqlı etdilər. Xüsusilə  Nəsimi  rayon H.Sarabski adına mədəniyyət evi işçilərinin şagirdlər üçün hazırladığı  konsert proqramı  valideynlər və şagirdlər tərəfindən böyük alqışlarla  qarşılandı.

Şənlikdə şagirdlərin hazırladığı milli bayrama aid rəngarəng şəkillər və əl işləri də  nümayiş olundu.

Tədbir şagirdlərin ifasında bir-birindən maraqlı rəqs nömrələri və Novruza həsr olunan şeirlərlə başa çatdı.  

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov