Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

16 Mart 2012 - №11

 

Məktəbin pedaqoji kollektivinin bayram sovqatı

 

Bakının Xəzər rayonundakı  şəhid Rəşid Baxışovun adını daşıyan 218 nömrəli tam orta məktəbin pedaqoji kollektivi  Novruz  bayramı ilə əlaqədar xeyriyyəçilik təşəbbüsü göstərib. Məktəbdə təhsil alan aztəminatlı ailələrin övladları müəyyənləşdirilmiş və onlara bayram sovqatı göndərilmişdir. Müəllimlərin iştirakı ilə 60 ailəyə Novruz sovqatı verilmiş, valideynlər pedaqoji kollektivin adından təbrik olunmuşdur.

Məktəbin direktoru Natavan Əliyeva bildirdi ki, biz imkansız valideynlərə bayram xonçası göndərmək, onları hamımız üçün əziz olan Novruz bayramı münasibətilə təbrik etmək təşəbbüsünü irəli sürəndə pedaqoji kollektivin bütün üzvləri böyük həvəslə bu təşəbbüsə qoşuldular. Artıq 60 ailəni Novruz bayramı ərəfəsində sevindirmişik.

Qeyd edək ki, pedaqoji kollektiv buna qədər daha bir neçə xeyriyyəçilik tədbiri həyata keçirib. Aztəminatlı ailələrdən olan 15 şagirdin bütün məktəbli ləvazimatı da pedaqoji kollektivin səyi ilə alınıb. Sevindirici haldır ki, xeyriyyəçilik işlərində məktəbin bütün kollektivi iştirak edir. Artıq bu, məktəbdə ənənə halını alıb.

218 nömrəli tam orta məktəb ötən əsrin 70-ci illərindən fəaliyyət göstərir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin  deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü  ilə 1176 yerlik məktəb binası tikilərək şagirdlərin və pedaqoji kollektivin ixtiyarına verilmişdir. Ötən dərs ilində möhtərəm Prezidentimiz İlham Əliyevin və  Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə ən müasir avadanlıqlarla təmin olunmuş məktəbin açılışı olmuşdur. Pedaqoji kollektiv də öz fəaliyyəti və xeyriyyəçilik təşəbbüsləri ilə onlara göstərilən diqqət və qayğını, etimadı doğruldur. 

Əliqismət BƏDƏLOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov