Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Mart 2012 - №12

 

"Elektron təhsil" respublika müsabiqəsinə aprelin əvvəlində start veriləcək

 

Təhsil Nazirliyindən aldığımız məlumata görə, aprelin 2-də "Elektron təhsil" respublika müsabiqəsinə start veriləcək. Müsabiqə "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilir və "Microsoft-Azərbaycan", "İntel" korporasiyasının "Gələcək üçün təhsil" proqramı, "Ultra", HP, AzEduNet MMC və "Mədəd" təşkilatları tərəfindən dəstəklənir.

Müsabiqə "Təhsildə İnternet texnologiyaları" və "Müasir məktəbdə elektron tədris resursları" istiqamətləri üzrə təşkil olunub. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, İnternet  texnologiyalarından  tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

"Müasir məktəbdə elektron tədris resursları" istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan metodiki tədris materialları  təqdim edilə bilər. Bu istiqamət üzrə qaliblər "Fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı  metodika", "İbtidai təhsil sistemində İT-dən istifadə üzrə ən yaxşı metodika", "Elektron tədris  vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən  yaxşı  modeli" nominasiyaları üzrə müəyyən olunacaqlar

"Təhsildə  İnternet texnologiyaları" istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu  İnternet resursları, bloqlar və digər İnternet layihələri təqdim edilə bilər. Qaliblər "Təhsildə İnternet resursları" və "Müəllimlərin bloqları" nominasiyaları üzrə müəyyən olunacaqdır.

Müsabiqədə regionlarda yerləşən məktəblərin müəllimlərinin İKT-dən istifadəsini dəstəkləmək üçün xüsusi olaraq "Elektron təhsil" respublika müsabiqəsində iştirak edənn fəal region məktəbi" nominasiyası müəyyən edilmişdir. Bu nominasiya üzrə üç ən fəal məktəb müəyyən ediləcək.

İki mərhələdə keçiriləcək səsverməni Təhsil Nazirliyi tərəfindən formalaşdırılan peşəkarlardan və mütəxəssislərdən ibarət münsiflər heyəti aparacaq.

Müsabiqədə 5 nominasiyanın hər biri üzrə qaliblərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq

YLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov