Moskva
Müasir
İncəsənət
Muzeyində
gənc
və
istedadlı
Azərbaycan
rəssamı
Məryəm
Ələkbərlinin
"Novruz
yeni gündür"
adlı
sərgisi
açılmışdır.
Ekspozisiya Moskva hökuməti,
Moskva
şəhər
Mədəniyyət
Departamenti və
Moskva Müasir
İncəsənət
Muzeyi tərəfindən
təşkil
edilmişdir.
Sərgidə
rəssamın
son
üç
ildə
müxtəlif
texnikadan istifadə
edərək
portret,
natürmort,
mənzərə
janrlarında
çəkdiyi
80-dən
çox
əsəri
nümayiş
etdirilir.
Azərbaycanın
Rusiyadakı
səfiri
Polad Bülbüloğlu
sərginin
açılışını
Rusiyanın
və
Azərbaycanın
mədəni
həyatında
əhəmiyyətli
hadisə
adlandıraraq
demişdir:
"Məryəm
öz
istedadı
ilə
bu gün
bir
çoxları
üçün
�
həm
özü,
həm
də
əsərlərinə
tamaşa
edənlər
üçün
yeni dünya
açmışdır.
Onun
əsərləri
güclü
daxili ekspressiya,
rəng
duyumu ilə
təəccübləndirir,
insan təxəyyülünü
heyran qoyur.
Onun minnətdarlıq
dolu
ən
səmimi
sözlərə
layiq olan valideynlərinin
bu məsələdə
şəksiz
böyük
rolu vardır".
Sərginin kuratoru, tanınmış sənətşünas, Moskva Foto
Evinin banisi və direktoru Olqa Sviblova Məryəm
Ələkbərlinin qeyri-adi yaradıcılığını yüksək
qiymətləndirmişdir. Onun sözlərinə görə, Məryəm
Ələkbərlinin əsərlərinin gözqamaşdırıcı parlaqlığına,
gənc rəssamın əsərlərinin ətrafa saçdığı daxili hərarətə
heyrandır: "İncəsənət, həyatımızdakı hər bir problemə
qalib gəlməyə kömək edir. Mən güclü energetikası olan bu
əsərlərə həqiqətən məftunam. Mən, həmçinin Məryəmi böyük
sevgi ilə əhatə etmiş valideynlərinə minnətdaram".
Sənətşünas xüsusi vurğulamışdır ki, Məryəmin
yaradıcılığı ilə təsadüfən tanış olmuşdur və belə
düşünmüşdür ki, bu əsərlər rus, alman və ya fransız
avanqardına məxsus böyük rəssamların fırçasından
çıxmışdır. O demişdir: "Elə təəssürat yaranmışdır ki,
onun əsərləri sanki alışıb-yanır, onlardan ətrafa
hərarət yayılır. Məryəmin əsərləri elə bir enerji
saçırdı ki, özümə yer tapa bilmirdim. Mən bu əsərlərin
sehrinə düşmüşdüm".
Məryəm
Ələkbərlinin artıq püxtələşmiş rəssam, burada nümayiş
etdirilən əsərlərin isə özlüyündə qiymətli olduğunu
xüsusi vurğulayan sənətşünas demişdir: "Mən bu gün
Məryəmin öz səhifəsini açdığı milli mədəniyyəti təbrik
edirəm".
Məryəmin üslubunu məşhur rəssam Matislə müqayisə edən
Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab
Sereteli Azərbaycan rəssamının istedadına valeh olduğunu
bildirmişdir. Onun sözlərinə görə, Məryəmin formaları
ümumiləşdirmək kimi nadir istedadı vardır: "O, nadir
istedaddır. Bir çox rəssamlar bütün ömrü boyu sadə
xətlərlə obraz yaratmağa çalışırlar, o isə artıq bunu
bacarır". Məryəmin əsərləri o dərəcədə onu
ruhlandırmışdır ki, Sereteli Fransa və ABŞ-da onun
sərgisinin keçirilməsini, habelə ona "Əməkdar rəssam"
adının verilməsini təklif etmişdir.
Z.Sereteli demişdir: "Məryəm rəssamlıqda nadir hadisədir.
O, artıq əsl rəssamdır. Məryəm kimi istedadlı insanların
olması Azərbaycan dövləti üçün böyük sevincdir. O, haqlı
olaraq bütün mükafatlara layiqdir".
RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə
xüsusi nümayəndəsi Mixail Şvıdkoy demişdir ki, istedadlı
Məryəm Ələkbərlinin əsərləri ilə tanış olanda biz parlaq,
fərdi və nadir olan əsl sənətdən zövq alırıq: "Məryəmin
valideynləri Oqtay bəy və Fatma xanım Abdullazadələr
dünyaya xüsusi həssaslıq və nəzakətlə yanaşan qeyri-adi
ziyalı azərbaycanlı ailəsidir. Biz dünyanın zənginliyi
hissini Məryəmin əsərlərində aşkar edirik ki, bu da bizi
yaxşı mənada təəccübləndirir. O, geniş ürəyə, heyrətamiz
intuisiyaya, təsirli forma hissinə malikdir".
Rəssamın anası, Azərbaycan Prezidenti
Administrasiyasının humanitar siyasət məsələləri
şöbəsinin müdiri Fatma Abdullazadə sərginin
təşkilatçılarına, belə bir sərginin Moskvada təşkil
edilməsində böyük zəhməti olan ayrı-ayrı şəxslərə
minnətdarlığını bildirərək demişdir: "Məryəm yalnız və
yalnız indiyədək əhatə olunduğu sevgi sayəsində Məryəm
ola bilmişdir. Ətrafında sevgi və ona heyranlıqla baxan
baxışlar nə qədər çox olsa, o, bir o qədər çox və yaxşı
əsərlər yaradacaqdır. O, sevgimizi toplayaraq bizə iki
qatını qaytarmaq kimi fantastik bir bacarığa malikdir.
Dünyamız da belə bir münasibətdən gözəlləşəcək, xoşbəxt
və xeyirxah olacaqdır". O, sərginin kuratoru Olqa
Sviblovaya, səfir Polad Bülbüloğluna, Azərbaycanın RF-dəki
səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar
Axundovaya, "Baku" jurnalına, sərgidə iştirak edən İnna
Kostinanın şəxsində Məryəmin bütün müəllimlərinə xüsusi
minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, Məryəm dünyanı qəlbi ilə duyur və onun
əsərləri ruhu qidalandırır. Onun əsərləri sərgiyə
gələnlərdə heyranlıq hissi doğurmuşdur. Onlar
bildirmişlər ki, insanla qeyri-verbal səviyyədə danışan
bu əsərlərdən gözünü çəkmək mümkün deyildir. Daun
sindromundan əziyyət çəkən uşaqlarla işləyən tanınmış
Rusiya rəssamı və fotoqrafı Vladimir Mişutin demişdir: "Mən
Məryəmin istedadına valeh olmuşam, hesab edirəm ki, o,
müasir təsviri sənətdə əsl hadisədir". Məryəmin öz
daxili aləmini rənglərin zənginliyi ilə ifadə etmək,
forma və rənglərlə cəsarətlə işləyərək, parlaq, ahəngdar
və təhlükəsiz bir dünya yaratmaq bacarığı sərgiyə
gələnləri valeh etmişdir. Onun bir çox əsərləri uşaq
kimi həssas və pakdır. Görünür, "paklıq" sözü rəssamın
bu sözün hər bir mənasında nadir olan yaradıcılığına
uyğun gələn ən münasib epitetdir.
Qeyd edək ki, Moskva Müasir İncəsənət Muzeyində sərgi
aprelin 8-dək davam edəcəkdir, martın 30-da isə Məryəm
Ələkbərlinin albomunun təqdimatı olacaqdır.
AzərTAc |