Köln
Tətbiqi Elmlər Universiteti professor-doktor Reza Talebi-Daryaninin
rəhbərliyi altında "Azərbaycan üçün mühəndis təhsilində
tədris müəssisəsinin Boloniya prosesinə uyğunlaşması"
mövzusunda Azərbaycanda V TEMPUS layihəsi həyata
keçirəcək. Avropa İttifaqına IV TEMPUS proqramı üçün
təqdim olunan 531 təklifdən 63-ü seçilmişdir. Bəyənilən
layihələr içərisində Köln Tətbiqi Elmlər Universitetinin
təklifi də var. Bu yeganə alman ali məktəbidir ki,
Azərbaycanda V TEMPUS layihəsini həyata keçirir.
Bununla Köln Tətbiqi Elmlər Universiteti Almaniyanın ali
məktəbləri arasında birinci yeri tutur.
EACEA (Mədəniyyət, Təhsil və Audiovizual İcra Agentliyi)
tərəfindən təqdim olunan layihəyə Avropa İttifaqının 3
il ərzində ayıracağı ümumi məbləğ 512.000 avro təşkil
edəcək 57.000 avro isə özünümaliyyələşdirmə hesabına
olacaq.
Avropa İttifaqından layihənin digər iştirakçıları Graz
Texniki Universiteti və Varşava Texniki Universitetidir.
Köln Tətbiqi Elmlər Universiteti cənab Talebi-Daryaninin
rəhbərliyi altında Azərbaycandan AzTU, ADNA və SDU ilə
birgə işini davam etdirəcək. Azərbaycanın Təhsil
Nazirliyi də bu layihədə fəal iştirak edir.
Professor Talebi-Daryani artıq 20 ildir ki, Azərbaycanın
ali məktəbləri ilə birgə iş aparır.
Müvəffəqiyyətlə başa çatmış əvvəlki TEMPUS layihələrində
Azərbaycanın beş universitetində elektrotexnikanın və
ətraf mühitin texnikasının müxtəlif ixtisasları üzrə
müasir bakalavr-magistr təhsil pillələri yaradılmışdır.
Bu təhsil pillələri Boloniya prosesinə uyğundur.
Azərbaycan Boloniya prosesinə 2005-ci ildən qoşulub.
Lakin bu günə kimi yeni yaranan mühəndis sistemində hələ
də təhsil müəssisəsinin Boloniya prosesinə uyğun
akkreditasiya və keyfiyyətin təminatı təşkilatı yoxdur.
Boloniya prosesi məqsədlərinin Azərbaycanda həyata
keçirilməsi təhsil prosesinin müddətini və keyfiyyətinin
təminatını tələb edir. Təlimdə keyfiyyətin təminatı
optimallaşdırma və akkreditasiya vasitəsi ilə əldə
olunur.
Azərbaycanda üç ali məktəbdə (AzTU, ADNA və SDU) indiyə
kimi olan TEMPUS layihələrinə əsasən seçilmiş altı B-M
təhsil pillələri yeni layihə çərçivəsində
optimallaşdırılır və akkreditasiya edilir. Keyfiyyət
təminatını tətbiq edən vasitələr iştirakçı ali məktəblər
üçün yol göstərən olmalıdır. Onlardan bütün təhsil
proqramında tədricən istifadə etmək lazımdır.
Beləliklə, layihənin məqsədi təhsil prosesinin
optimallaşdırma və akkreditasiyaya əsaslanaraq
keyfiyyətin təminatıdır. Bu, Azərbaycanda mühəndis
təhsilinin Boloniya prosesinə uyğunlaşması deməkdir. Bu
məqsədə nail olmaq üçün təlimdə təchizatın modernləşməsi
vacibdir.
Azərbaycanda mühəndis təhsili üçün hələ milli
akkreditasiya agentliyi olmadığına görə layihədə
akkreditasiya mühəndis təhsilində ixtisaslaşmış məşhur
Avropa agentliyi tərəfindən aparılacaq.
Layihənin reallaşması ilə mühəndis təhsili üçün ölkənin
ən mühüm ali məktəblərində akkreditasiya və keyfiyyətin
təminatı məqsədi ilə pilot xarakterli təşkilatlar
yaranacaq. Onlar Boloniya prosesinin məqsədinə nail olma
yollarını və məqsədini göstərəcəklər.
Layihə müvəffəqiyyətlə bitəndən sonra Təhsil Nazirliyi
tərəfindən ölkənin mühəndis təhsilində Boloniya
prosesinin reallaşmasında pilot layihə kimi sayılacaq.
Azərbaycanda tədris müəssisəsinin Boloniya prosesinə
tədricən uyğunlaşması ali məktəbin B-M təhsil
pillələrində keyfiyyətin əlavə uzunmüddətli və
yoxlanılan təminatını tələb edir.
Tədris müəssisəsinin keyfiyyət təminatı üçün olan mühüm
innovasiya Azərbaycanda həmkar ali məktəblərdə
tələbələrin cəlb olunması ilə tələbələrin qiymətləndirmə
mərkəzi yaranacaq.
Keyfiyyətin təminatı məqsədilə məsul dosentlər seçilmiş
tələbələrlə birlikdə tələbələrin qiymətləndirmə
mərkəzləri üçün şəxsi təchizat qururlar. Onlar keyfiyyət
təminatında öz vəzifələri üçün həm öz yerlərində, həm də
Avropa İttifaqının layihə həmkarları yanında, xüsusən
Varşava Texniki Universitetində təlim keçəcəklər.
Mərkəzlərin vəzifələri tələbələr üçün sual blankları
hazırlamaq və sonra onları qiymətləndirməkdən ibarətdir.
Sorğunun nəticələrini səlahiyyətli şəxslər təhsil
rəhbərləri ilə birlikdə qiymətləndirəcəklər.
Bu pilot layihələrinin müvəffəqiyyətlə yerinə
yetirilməsi ilə Azərbaycanın ali məktəbləri mühəndis
təhsilində böyük beynəlxalq nüfuza malik olacaq. Bununla
Azərbaycan tələbələri və məzunları üçün magistr və
doktorluq təhsilini Avropa ali məktəblərində davam
etdirmək xeyli asan olacaq.
Təhsil Nazirliyi Azərbaycanda mühəndis təhsilinin
modernləşdirilməsi üçün xüsusi əhəmiyyət kəsb edən
layihənin reallaşmasında fəal iştirak edir.
Müşfiq BORÇALI,
Az.TU-nun Mətbuat şöbəsinin müdiri |