Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Mart 2012 - №12

 

"Həmkara dəstək" layihəsi və onu labüd edən səbəblər

 

Bu gün böyütdüyümüz, tərbiyə etdiyimiz uşaqlar yaxın gələcəkdə cəmiyyətin tamhüquqlu üzvü, aparıcı qüvvəsi olacaq, bizim yaratdıqlarımızı inkişaf etdirəcəklər. Qarşımızda oturub bizdən elm,  savad, bilik almaq istəyən şagirdlərimizi biz sadəcə olaraq yeni biliklərlə zənginləşdirməli deyilik, həm də onların məntiqi təfəkkürünü, lazım olan məlumatı, bilikləri müstəqil əldə etmək, seçib qiymətləndirə bilmək, onları real həyatda tətbiq edə bilmək, həm sərbəst, həm də birgə işləyə bilmək, ünsiyyət qurmaq, ətrafında baş verənlərə obyektiv qiymət verə bilmək, problemli situasiyalarda çıxış yolu tapmaq bacarıqlarıni inkişaf etdirməliyik. Gələcəyimizi əmanət edəcəyimiz bu nəsli düzgün, mütərəqqi fikirli, hərtərəfli və dərin biliyə malik, fiziki və mənəvi cəhətdən sağlam, XXI əsrin tələblərinə cavab verəcək şəxsiyyət kimi yetişdirməliyik.

Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması sahəsində xeyli iş görülüb. "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqrami" işlənib hazırlanmış, məktəblər kompüter avadanlıqları ilə, sürətli İnternetlə təmin edilmiş, Milli Təhsil Portalı, müasir elektron tədris vasitələri yaradılmış, "Elektron məktəb" pilot layihəsi, "1 şagird - 1 kompüter" layihəsi həyata keçirilməyə başlamışdır.

Bu silsilədən olan bir layihə də "Microsoft" korporasiyası tərəfindən dünyada yayılan və müəllimlər üçün nəzərdə tutulmuş "Həmkara dəstək" proqramıdır.

Biz şagirdlərin birgə işləmək, ünsiyyət qurmaq, əməkdaşlıq etmək bacarıqlarının aşılanıb inkişaf etdirilməsinin nə qədər zəruri olduğunu başa düşürük. Lakin bu işdə uğurlu, gözlənilən nəticəyə çatmaq üçün bu gün müəllimlərimizin də birgə işləməyə, bildiklərini başqaları ilə paylaşmağa və başqalarının bacarıqlarından yararlanmağa ehtiyacı var. Əlbəttə, həmkar dəstəyinə əsaslanan sistemli, planlaşdırılmış bir işin icrası daha asan, sürətli olar və müəllimlər dərs prosesində qarşılaşdıqları problemləri çözməkdə etibar edə biləcəkləri təcrübəli həmkarın yardımından daha çox faydalana biləcəklər. Təlimçi müəllimlər həmkarlarının ehtiyaclarını öyrənir, onlarla birgə işləyir və bu əməkdaşlıq təlim prosesində müəllimlərin rastlaşdıqları çətinlik və ehtiyacları aradan qaldırmağa yardım edir.

Məlumdur ki, müəllimlərin birgə əməkdaşlığı onların öz işlərində irəliləyiş əldə etmələrinə təkan verir.  "Həmkara dəstək" proqramı sayəsində müəllimlər işlədikləri məktəbdə təlim metodlarını təkmilləşdirməyə yardım edən bir sistemə malik olmuş olacaqlar.  Bu sistem tədris prosesinin effektivliyini artırmağa, təlimdə texnologiyanın imkanlarından daha geniş istifadə etməyə, şagirdlərin texnologiya savadının artırılmasına yardım edəcəkdir. Və məlumdur ki, şagirdin bu sahədəki inkişafı onun araşdırıcılıq qabiliyyətini, toplamış olduğu materialı sintez etmək, sistemləşdirmək, təhlil etmək, nəticə çıxarmaq bacarığını da təkmilləşdirir.

"Həmkara dəstək" layihəsi Azərbaycanda "Mədəd" təşkilatının və "Microsoft Azərbaycan" şirkətinin təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilməyə başlamışdır. Artıq bu proqram üzrə bir sıra təhsil müəssisələrində təlimlər keçirilmiş, yerlərdə fəaliyyət göstərəcək təlimçilər seçilmişdir.

Bu gün bu təlimlər Quba şəhər Z.Cəfərov adına 3 nömrəli tam orta məktəbində keçirilir. Təlimlər iştirakçıların böyük marağına səbəb olmuşdur. Məktəbdə müəllimlərin və şagirdlərin İKT-dən istifadəetmə səviyyəsi  müxtəlifdir. Ümid edirik ki, məktəbdə sonradan həyata keçiriləcək müəllim əməkdaşlığı müəllimlərimizin tədris prosesini effektivləşdirməyə, İKT-nin səmərəli tətbiqinə böyük yardım edəcəkdir.

Dərslərdə İKT-nin tətbiqi ilə şagirdlər online ünsiyyət qurmaq, uzaq məsafədə olan qruplarla ideyaları bölüşmək, verilən yaradıcı tapşırıqları yerinə yetirərkən təkcə öz icmasının deyil, həm də digər məktəblərdən, ölkələrdən olan yaşıdları ilə əməkdaşlıq etmək imkanlarına malik olurlar.

Bu proqram  müəllimlərin öz dərslərini keyfiyyətli təşkil edə bilmələrinə, ümumilikdə təhsildə müsbət dəyişikliklərə stimul verəcəkdir. 

Gülnarə AŞUROVA,
Quba şəhər 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov