Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

30 Mart 2012 - №12

 

Məktəblilər əsgərlərin qonağı olublar

 

Bu günlərdə Sumqayıtdakı N saylı hərbi hava qoşunları mühafizə dəstəsinin əsgərləri ilə əmək veteranları və Sumqayıt şəhər 5 nömrəli tam orta məktəbin şagirdlərinin görüşü keçirilib.

Tədbirdə məktəbin direktoru Esmira İbrahimova, Sumqayıt şəhər təhsil işçiləri veteranlar şurasının sədri Məşdi Zeynalov, şəhər mühafizə, əmək, silahlı qüvvələr və hüquq mühafizə orqanları veteranlar şurasının sədri, əməkdar müəllim Leyla Qasımzadə, veteran müəllimlər- Qızbəs Şirinova, Hətəm Mahmudov, məktəbin kitabxanaçısı Zahidə Qəhrəmanova, biologiya müəllimi Rəfiqə Abbasova, təşkilatçı Mehriban Musayeva çıxış edərək Azərbaycanın qəhrəman oğullarının rəşadətli döyüş yollarından söhbət açıb və onlara Vətənin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.

Sonra məktəbin özfəaliyyət kollektivinin üzvləri əsgərlər üçün tamaşa göstərib, bahar təravətli mahnılar ifa ediblər.

Görüşdə əsgərlərdən Tural Novruzovun, Mehrəli Məmmədovun, Cəlil Hüseynovun ifa etdikləri mahnılar iştirakçıların alqış sədaları ilə qarşılanıb.

Tədbirdə mühafizə bölüyünün əsgərləri - Əfqan Əhmədov, Səxavət Abdullayev, Həsən Səfərzadə  çıxış edərək, nümunəvi xidmət edəcəklərinə söz veriblər. Kapitan Niyazi Adıgözəlov və baş gizir Çingiz Yusifov isə belə görüşlərin keçirilməsinin böyük əhəmiyyəti olduğunu vurğulayıblar.

Həmin gün görüş iştirakçıları hərbi hissədə əsgərlərin, hərbi qulluqçuların yatacağı, qidalanması və geyimləri ilə  bağlı onlara göstərilən nümunəvi xidmətlə də tanış olublar.

Tədbirin sonunda 5 nömrəli tam orta məktəbin müəllim və şagirdləri hazırladıqları bayram sovqatlarını əsgərlərə təqdim edərək onlarla birlikdə xatirə şəkli çəkdiriblər. 

Ədalət DAŞDƏMİRLİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov