Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

06 Aprel 2012 - №13

 

Respublika rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı

 

Aprelin 5-də T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının "Uşaq dünyası" rəsm qalereyasında "Ən çox sevdiyim idman növü" mövzusunda ümumtəhsil məktəblərinin sagirdləri arasında təşkil olunmuş Respublika rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Tədbirdə təhsil nazirinin müavini Qulu Novruzov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov və digər şəxslər iştirak edirdilər. Qeyd edək ki,  müsabiqə təhsil nazirinin müvafiq əmrinə əsasən məktəb, rayon (şəhər) və respublika mərhələsi üzrə 8-12 yaşlı şagirdlər arasında keçirilib. Müsabiqənin respublika mərhələsinə 200-dən çox rəsm işi təqdim edilib. Qaliblər tanınmış rəssamlardan ibarət münsiflər heyəti tərəfindən seçim aparılaraq müəyyənləşdirilib.

Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini Qulu Novruzov bildirdi ki,  müsabiqənin keçirilməsində əsas məqsəd uşaqlarda idmana sevgi oyatmaq, yaradıcılıq həvəsini artırmaqdır. Müsabiqənin idman mövzusunda keçirilməsinin şagirdlərdə əlavə stimul yaratdığını bildirən Qulu Novruzov gənc nəslin sağlam ruhda tərbiyə olunmasının vacibliyini qeyd etdi. Ölkə Prezidenti cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan söz açan  nazir müavini Azərbaycanda bu sahənin son illər sürətlə inkişaf etdiyini bildirdi. Müsabiqədə iştirak edən şagirdlərin əksəriyyətinin bölgələrdən olmasını sevindirici hal sayan Qulu Novruzov belə tədbirlərin keçirilməsinin şagirdlərdə xoş ovqat yaratdığını, onların istər idmançı, istərsə də incəsənət xadimi kimi gələcəkdə uğur qazanmalarına müsbət təsir edəcəyinə ümidvar olduğunu söylədi. Qalibləri təbrik edən Q.Novruzov onlara xoş arzularını bildirdi.  

Tədbirdə çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və başqaları son illər idman sahəsində görülən işlərdən və qazanılan uğurlardan söz açaraq şagirdlər arasında keçirilən rəsm müsabiqəsini təqdirəlayiq hal kimi qiymətləndirdilər.

Müsabiqənin respublika mərhələsində I, II və III yerləri tutan şagirdlər Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırıldı, qaliblərlə xatirə şəkli çəkdirildi.  

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov