Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

06 Aprel 2012 - №13

 

AFFA nümayəndələri ADU-nun tələbələri ilə görüşüb

 

Aprelin 5-də Azərbaycan Dillər  Universitetində  FİFA "U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012"-nin Yerli Təşkilat Komitəsinin nümayəndələri tələbələrlə görüş keçirdi.  Təqdimat mərasimində çıxış edən ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev Azərbaycanda son 10 ildə idmanın sürətlə inkişaf etdiyini və dövlət başçısının bu sahəyə xüsusi diqqət ayırdığını bildirdi.  Ölkəmizin bir sıra aparıcı idman növləri üzrə keçirilən beynəlxalq yarışlara ev sahibliyi etdiyini deyən prorektor bu il ölkəmizdə 17 yaşlı qadınlar arasında dünya çempionatının keçiriləcəyini  tələbələrin diqqətinə çatdırdı. Ə.Əliyev Azərbaycanın tanıdılmasında və nüfuzunun artmasında idmanın mühüm rol oynadığını vurğuladı. Prorektor ADU-nun tələbələrinin ölkəmizdə keçirilən beynəlxalq tədbirlərdə fəal iştirak etdiyinə də toxundu.

FİFA "U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012"-nin Yerli Təşkilat Komitəsinin (YTK) "Könüllülük proqramı"nın direktoru Vüqar Rüstəmli  və proqramın nümayəndəsi Nərmin Abbasova çempionatın ümumi tanıtımı və "Könüllülük proqramı" haqqında tələbələrə ətraflı məlumat verdilər. Təqdimatda çempionata hazırlıq çərçivəsində görülən işlər, bu tip beynəlxalq tədbirin ölkəmiz üçün əhəmiyyətindən danışıldı. V.Rüstəmli FİFA-nın dünya çempionatları, qadın futbolu, Azərbaycanda keçiriləcək çempionatın gedişatı, oyunların təşkil olunacağı stadionlar, rəsmi markalar, eləcə də 17 yaşadək qızlardan ibarət milli yığmamızdan bəhs etdi.

Gənclərə dünya çempionatında yaradılmış geniş imkanlardan söz açan proqram rəhbəri tələbələri "Könüllülük proqramı"nda aktiv iştirak etməyə çağırdı. O, könüllü olmağın xeyirləri, perspektivləri və proqramda iştirak şərtləri ilə bağlı tələbələri məlumatlandırdı.

Təqdimat zamanı YTK əməkdaşları tərəfindən ünvanlanan sualları cavablandıran tələbələr dünya çempionatını özündə əks etdirən müxtəlif növ hədiyyələr qazandılar.

ADU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov