Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

06 Aprel 2012 - №13

 

Azərbaycan Müəllimlər İnstitutunda "dəyirmi masa"

 

Azərbaycan Müəllimlər İnstitutunda 31 mart - Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

 İnstitutun tərbiyə işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Yusifova tarixin qan yaddaşına yazılmış bu soyqırımı haqqında  məlumat verərək bildirdi ki, 31 mart 1918-ci il soyqırımına siyasi qiymət ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı ilə verilmişdir. Tarixin bu dəhşətli səhifəsini hər il dövlətimiz və millətimiz böyük ehtiramla yad edir.

Tədbirdə geniş məruzə ilə çıxış edən dosent Telman Haqverdiyev 31 mart soyqırımının ermənilərin planlı şəkildə həyata keçirdikləri siyasətin bir həlqəsi olduğunu qeyd etdi. O bildirdi ki,  Gülüstan və Türkmənçay sülh müqavilələri ilə başlayan erməni köçləri Azərbaycan torpaqları hesabına "Böyük Ermənistan" yaratmaq istəyən erməni millətçilərinin formalaşmasında əsas rol oynadı.  XX əsrin başlanğıcında millətimizə qarşı törədilən kütləvi qanlı hadisələr 1918-ci ilin mart ayında özünün ən ağır dövrünü yaşadı.

Tələbələr  31 mart soyqırımına gənclərin baxışını, onların məlumatlılığını, sosial şəbəkələrdə, virtual aləmdə aktiv şəkildə təbliğatın aparılmasında rolunu diqqətə çatdırdılar.

Tədbirdə 31 mart - Azərbaycanlıların soyqırımı haqqında videogörüntülər nümayiş olundu, müzakirələr aparıldı. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov