Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

06 Aprel 2012 - №13

 

"Dilimiz varlığımızdır"

 

Bakıdakı A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə "Dilimiz varlığımızdır" adlı tədbir keçirildi. Tədbiri məktəbin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Sabir Məmişov açaraq bildirdi ki, ana dili bizim müqəddəs sərvətimiz, anamızın dilidir. Ana dili bizim kökümüz, mədəniyyətimiz, milli əxlaqımızdır.

Sabir müəllim dilimizin tarixi inkişaf yoluna nəzər salaraq qeyd etdi ki, bütün dövrlərdə Azərbaycanın yazıçı və şairləri dilimizin keşikçisi olmaq missiyasını ləyaqətlə yerinə yetirmişlər. Dilimizin  inkişafında və hazırkı mövqeyə çatmasında ümummilli liderimiz Heydər Əliyevin xidmətləri danılmazdır. Ümummilli liderimiz bütün ömrü boyu Azərbaycan dilinə məhz millətin taleyi kimi yanaşaraq onu sevməklə bərabər, keşiyində də müdrikliklə dayanmış və bizlərə əmanət etmişdir. Əsrlərin əmanəti olan doğma dilimizi qorumaq, ona hörmətlə yanaşmaq hamımızın müqəddəs borcudur. Direktor çıxışını Azərbaycana həsr etdiyi şeirini söyləməklə bitirdi.

Sonra səhnə uşaqların ixtiyarına verildi. Dilimizin inkişafı, qorunması, dövlət dili səviyyəsinə yüksəlməsinə dair maraqlı məlumatlarla, ədəbi-bədii nümunələrlə zəngin olan tədbirdə ulu öndərimizin dövlət dilinə olan sevgisi və qayğısı xüsusi vurğulandı. "Ulu öndər və ana dili" adlı videoçarx tamaşaçıların böyük marağına səbəb oldu.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Şəmsi Qoca, şairlər Musa Ələkbərli, Vahid Aslan, valideyn Şahbaz Muradov, pedaqogika üzrə fəlsəfə doktoru Şahrza Ağayev və başqaları mövzu ilə bağlı çıxış etdilər. Tədbir "Yaşa, Azərbaycan" mahnısının sədaları altında sona çatdı.

Fazil İDRİSOĞLU

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov