Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

06 Aprel 2012 - №13

 

Yetirmələri ilə fəxr edən müəllim

 

Bakıdakı  266 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Məşədi Abasov 33 ildir ki, gənc nəslin fiziki tərbiyəsi sahəsində   çalışır.  Şagirdləri  idmanın müxtəlif növləri üzrə keçirilən yarışlarda və spartakiadalarda qalib gələrək  I və II yerləri tutmuşlar.

M.Abasov müasir dərsə  verilən tələbləri özünün pedaqoji təcrübəsinə əsaslanaraq belə xarakterizə edir:

- Dərs  prosesi zamanı müasir dərsə verilən bütün tələblərə əməl etməklə yanaşı təlimin texniki vasitələrindən  səmərəli istifadə  edirəm. Xüsusilə dərs vaxtı interaktiv təlim metodlarına daha çox üstünlük verir və  şagirdlərimi  bacarıqlı bir idmançı kimi  yetişdirməyə   çalışıram.

Məşədi Abasov  öz şagirdləri ilə fəxr edir və onlarla  sıx əlaqə saxlayır. 1997-ci ildə məktəbi bitirən Rəsul İbrahimov 1992-2000-ci illərdə şahmat üzrə gənclər arasında Azərbaycan çempionu olmuş, 2005-ci ildə beynəlxalq dərəcəli qrossmeyster, 2010-cu ildə əməkdar məşqçi adını almışdır.  Hazırda gənclər arasında şahmat üzrə Azərbaycanın yığma komandasının məşqçisidir.

Məktəbin məzunu Namiq Abdullayev  1996-cı ildə ABŞ-ın Atlanta şəhərində sərbəst güləş üzrə II yeri, 2000-ci ildə Avstraliyanın Sidney şəhərində olimpiya oyunlarında I yeri tutmuş və əməkdar idman ustası adını almışdır. İdmanda qazandığı yüksək nailiyyətlərə görə Namiq Abdullayev Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə " Tərəqqi" medalı  və "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

Digər bir məzun Arif Abdullayev isə 2003-cü ildə ABŞ-ın Nyu-York şəhərində keçirilmiş sərbəst güləş üzrə dünya çempionatında I yeri tutmuş və əməkdar idman ustası adını almışdır.

M.Abasovun xüsusi istedada malik olan yeniyetmələrin aşkarlanmasında da  böyük əməyi olmuşdur. Hazırda məktəbin IX "a" sinif şagirdi  Üzeyir Yusifov sərbəst güləş üzrə yeniyetmələr arasında ikiqat Azərbaycan çempionu  və  X "c" sinif şagirdi Nurlan Mehdiyev karate üzrə dəfələrlə Azərbaycan çempionu olmuşdur. O, 2010-cu ilin may ayında Odessa şəhərində keçirilən Dünya Kuboku birinciliyində II yeri tutmuşdur.

Bu gün öz peşəsinin vurğunu olan Məşədi Abasov qazandığı nailiyyətlərlə heç də kifayətlənmir,  Azərbaycanı dünyada möhtəşəm qələbələrlə təmsil edə biləcək  yeniyetmə və gənc idmançıların hazırlanması işində   səylə çalışır.    

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov