Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 Aprel 2012 - №15

 

Müsabiqənin yekun mərhələsi keçirildi

 

Aprelin 17-də akademik Zərifə Əliyeva adına tam orta məktəbdə ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə ümumtəhsil məktəbləri və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsinin yekun mərhələsi oldu.

Tədbirin təntənəli açılış mərasimində Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov və digər qonaqlar, eləcə də Təhsil Nazirliyinin müvafiq şöbəsinin əməkdaşları və KİV təmsilçiləri iştirak edirdilər.

Tədbirin keçirildiyi zalda ümummilli lider Heydər Əliyevə həsr olunmuş guşə təşkil edilmişdi. Müsabiqə iştirakçılarına ulu öndərin şəkli olan döş nişanı, eksklüziv nümunədə hazırlanmış dəftər və qələm təqdim edilmişdi.

Qeyd edək ki, bu müsabiqə Azərbaycan Respublikası təhsil nazirinin 2012-ci il 17 yanvar tarixli, 59 nömrəli əmrinə müvafiq olaraq reallaşdırılır. İnşa yazı müsabiqəsi Yeni Azərbaycan Partiyasının, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Ümumtəhsil məktəblərinin VII-XI sinif və ilk peşə-ixtisas təhsili müəssisələrinin  şagirdlərinin iştirak etdiyi inşa yazı müsabiqəsi üç mərhələdə - məktəb, rayon (şəhər) və respublika mərhələlərində həyata keçirilir. Müsabiqənin məktəb və rayon (şəhər) mərhələləri aprelin əvvəlində yekunlaşdırılıb. Respublika mərhələsində iştirak etmək hüququ qazanan şagirdlərin ümumi sayı 114 nəfərdir. Bunlardan 1 nəfəri VII, 13 nəfəri VIII, 26 nəfəri IX, 24 nəfəri X və 23 nəfəri XI sinif şagirdidir. Peşə liseylərindən olan iştirakçıların sayı isə 17 nəfərdir. Respublika mərhələsinin iştirakçıları arasından seçilən qaliblər I, II, III və həvəsləndirici yerlərə layiq görüləcəklər.

Mərasimi açaraq iştirakçıları salamlayan təhsil naziri Misir  Mərdanov  bildirdi ki, ölkəmizdə ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilən məktəblilərin respublika inşa yazı müsabiqəsi artıq altıncı ildir ki, keçirilir. İctimaiyyətin dərin marağına səbəb olan bu tədbir şagirdlərin mənəvi tərbiyəsində, böyüməkdə olan gənc nəsil tərəfindən ümummilli liderimizin həyat və fəaliyyətinin, zəngin irsinin öyrənilməsində böyük rol oynayır. İndiyədək keçirilən müsabiqələrdə yüz minlərlə şagird iştirak etmiş, qaliblərin inşa yazıları kitab şəklində çap olunmuş, onlar təntənəli mərasimlərdə təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.

İnşa yazı müsabiqəsində ölkəmizin bütün bölgələrinin təmsil olunduğunu sevindirici fakt kimi dəyərləndirən Misir Mərdanov diqqətə çatdırdı ki, respublika mərhələsinin iştirakçıları minlərlə şagirdin arasından seçilib. Onlar bununla fəxr etməli və bu günü heç vaxt unutmamalıdırlar.

Təhsil naziri bu nüfuzlu qabiliyyət və istedad yarışının yekun mərhələsində iştirak etmək hüququ qazanan şagirdləri təbrik edərək onların hər birinə uğurlar arzuladı və gələcəkdə daha böyük nailiyyətlər əldə edəcəklərinə ümid etdiyini dedi.

Sonra nazir builki müsabiqənin yekun mərhələsi üçün müəyyənləşdirilən mövzunu elan etdi və şagirdlər "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və əbədi rəmzidir" adlı inşa yazmağa başladılar. 

Hicran ƏKBƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov