Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 Aprel 2012 - №15

 

Azərbaycan Memarlıq və İnşaat Universitetində professor Ənvər Qasımzadənin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

 

Aprelin 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycanın görkəmli memarı və dövlət xadimi, memarlıq doktoru, professor, AMEA-nın müxbir üzvü Ənvər Əli oğlu Qasımzadənin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş "Müasir Azərbaycan memarlığının problemləri" adlı elmi-praktik konfrans keçirildi.

Konfransı giriş sözü ilə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açaraq böyük şəxsiyyət, dövlət xadimi olan Ənvər Qasımzadənin həyat və yaradıcılığı haqqında danışdı. İki bölmə üzrə aparılacaq konfrans barədə tədbir iştirakçılarına məlumat verildi.

"Akademik Ə.Ə.Qasımzadənin həyat və yaradıcılığı" adlı geniş məruzə ilə memarlıq üzrə fəlsəfə doktoru, AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva çıxış etdi.

Konfransda çıxış edən təhsil naziri Misir Mərdanov görkəmli memar Ənvər Qasımzadənin mənalı həyat yolundan geniş söhbət açaraq 57 il ömür sürən bu insanın necə böyük işlər, layihələr həyata keçirdiyini qeyd etdi. Bildirildi ki, bu nəslin şəcərəsi çox böyükdür. Bu barədə gənc nəslə geniş məlumat çatdırmaq lazımdır. Ənvər Qasımzadənin Azərbaycan xalqının qəlbində tanınmış ictimai xadim, görkəmli memar, xeyirxah, vətənpərvər və təvazökar insan kimi yeri əbədidir.

Nazir çıxışının sonunda Ənvər Qasımzadənin 100 illik yubileyi münasibəti ilə keçirilən tədbirin təşkilatçılarının əməyini yüksək dəyərləndirdi.

Tədbirdə daha sonra professor Nurqələm Mikayılov, professor Rəhim Şükürov, texnika elmləri namizədi, dosent Rizvan Allahverdiyev çıxış edərək Ənvər Qasımzadə haqqında xatirələrini danışdılar.

Konfransda həmçinin müxtəlif beynəlxalq müsabiqələrdə qalib gəlmiş gənc memarlara diplomlar və hədiyyələr təqdim olundu.

Sonda tədbir iştirakçıları Ənvər Qasımzadənin həyat və yaradıcılığına həsr edilmiş filmə baxdılar. 

Ədalət DAŞDƏMİRLİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov