Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 Aprel 2012 - №15

 

 İnformatika müəllimləri üçün zona seminarı keçirilib

 

Son illərdə informatika fənninin tədrisi ilə bağlı bir sıra məsələlər həllini tapmış, dövlət proqramları çərçivəsində məktəblərimiz kompüter texnikası ilə təmin edilmiş, fənn üzrə bütün siniflər üçün dərsliklər, o cümlədən yeni kurikulum əsasında ibtidai siniflər üçün dərslik komplektləri hazırlanıb şagirdlərin istifadəsinə verilmişdir. Buna baxmayaraq, yeni dərsliklərlə işləyən müəllimlərin, eləcə də məktəb rəhbərlərinin bu sahədə müəyyən metodiki köməyə ehtiyacı hiss olunur. Bu ehtiyacı nəzərə alaraq Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədovun təşəbbüsü və qabaqcıl informatika müəllimləri, "İnformatika" dərsliklərinin müəllifləri, həmin dərsliklərin hazırlanması ilə məşğul olan nəşriyyatların dəstəyi ilə fənnin tədrisinin aktual məsələlərinə həsr olunmuş zona seminarlarının keçirilməsi qərara alınmışdır.

İlk belə seminar Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarının müəllim və rəhbər işçiləri üçün 13 aprel 2012-ci ildə Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbdə keçirilmişdir. Seminarda "İnformatika" dərsliklərinin  müəllifləri İsmayıl Sadıqov, Naidə İsayeva və "Bakı" nəşriyyatının  direktoru  Zaur İsayev iştirak etmiş, müəllimlərin fənnin tədrisi ilə bağlı müzakirələrdə verdikləri sualları cavablandırmışlar.  Seminarda informatikanın məktəbdə tədrisinə həsr olunmuş www.informatik.az saytı, eləcə də sosial şəbəkədə informatika müəllimlərinin qrupu haqqında məlumat verilmişdir. Qeyd edilmişdir ki, nəinki informatika müəllimlərinin, eləcə də İKT sahəsində fəaliyyət göstərən şirkətlərin mütəxəssislərinin qrupda fəal iştirakı, onların texniki məsələlər, proqramlaşdırma ilə bağlı verdikləri məsləhətlər müəllimlər üçün çox faydalı olur. Seminar iştirakçılarına da göstərilən İnternet resurslarından istifadə etmələri tövsiyə olunmuşdur.

Seminarda müəllimlərin yeni kurikulum əsasında hazırlanmış dərslik komplektləri ilə bağlı rəy və təklifləri dinlənilmişdir.

Növbəti seminarın Quba, Xaçmaz və Qusar rayonlarının müəllimləri üçün Quba şəhərində  keçirilməsi nəzərdə tutulub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov