Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

20 Aprel 2012 - №15

 

Təcrübə mübadiləsinə həsr olunmuş "dəyirmi masa"

 

Azərbaycan Dillər Universitetində  təcrübə mübadiləsinə həsr olunmuş "dəyirmi masa" keçirildi.  Məqsəd ADU və Böyük Britaniyanın Esseks Universitetlərinin təhsil proseslərini müqayisə etmək və  təcrübə mübadiləsi aparmaq idi.

Tədbiri giriş sözü ilə açan 2 saylı ingilis dili fakültəsinin dekanı, dosent Vəfa Bənnayeva ADU ilə  Esseks Universiteti arasındakı əməkdaşlıqdan danışdı.  Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri,  professor Gülnar Hüseynzadə Esseks Universitetində 2 həftə təcrübədə olduğunu bildirib,  bu müddət ərzində keçilən dərslərdən  söz açdı. İngilis dilinin leksikası və ölkəşünaslıq kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva, həmin kafedranın baş müəllimi Sevinc Seyidova Esseks Universiteti, buradakı təhsil sistemi və universitetdə tələbələrin seçim imkanları barəsində danışdılar.

Sonda Esseks Universitetində təcrübə zamanı çəkilmiş şəkillərdən ibarət fotoslayd nümayiş olundu və suallar cavablandırıldı.   Xatırladaq ki, Azərbaycan Dillər Universiteti və Böyük Britaniyanın Esseks Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən, Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin tələbələri II kursu bitirdikdən sonra təhsillərini Esseks Universitetində davam etdirəcəklər və ikili diplom alacaqlar.  

 Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov