Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Aprel 2012 - №16

 

"Nizami dünyası"

 

Bu günlərdə Şamaxı şəhər 2 nömrəli tam orta məktəbdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş "Nizami dünyası" adlı ədəbi-bədii gecə keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru İ.Baxşiyev qeyd edib ki, Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Nizami irsi uzun zamanlardan bəri dünya elmi-ədəbi fikrinin diqqət mərkəzindədir. Ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülüb. Ümummilli liderimiz Heydər Əliyev Nizami Gəncəvi haqqında demişdir: "Nizami Gəncəlidir, Nizami deyiləndə Gəncəni düşünürsən... Nizami Gəncəvi elə bir böyük şəxsiyyətdir ki, elə bir dahidir ki, onun yubileyini nəinki on ildən, beş ildən bir, hər il qeyd etmək lazımdır".

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri A.Həsənova, S.Babayeva, G.Şükürova, K.Abdurahmanova, B.Quliyeva, K.Səfərova, D.Nuriyeva və ibtidai sinif müəllimi V.İsrafilovanın təşkilatçılığı ilə keçirilən bu tədbirdə şairin həyat və yaradıcılığı, fəlsəfi görüşləri barədə geniş söz açılıb.

Ədəbi-bədii gecədə məktəbin şagirdlərinin ifasında dahi şairin şeirlərindən və hikmətli sözlərindən nümunələr söylənilib, əsərlərindən rəngarəng səhnəciklər göstərilib, sözlərinə bəstələnmiş romanslar ifa olunub. 

Günel ŞÜKÜROVA,
Şamaxı şəhər 2 nömrəli tam  orta məktəbin müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov