İmişli şəhər A.Eminov adına 7 nömrəli tam orta məktəbdə
XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndələrindən biri M.F.Axundzadənin 200 illik
yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.
Tədbirdə milli dramaturgiyamızın, realist bədii nəsrin
banisi, Yaxın və Orta Şərqdə ictimai maarifçilik
hərəkatının böyük avanqardı və ideoloqu M.F.Axundzadənin
ədəbi-bədii və ictimai fikrin inkişafındakı
fəaliyyətindən ətraflı bəhs olunmuşdur.
Ədəbi-bədii gecədə M.F.Axundzadənin "Hekayəti-Müsyö
Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadugüni-məşhur",
"Hekayəti mərdi-xəsis", "Mürafiə vəkillərinin hekayəti"
və s. komediyalarından parçalar səhnələşdirilmişdir.
Şagirdlərin milli geyimlərdə yüksək istedadla təqdim
etdikləri bu səhnələr məktəbin rəhbərliyi tərəfindən
yüksək qiymətləndirilmişdir. Tədbirdə habelə ədibin
şeirləri, müxtəlif illərdə yazdığı məktublar haqqında da
məlumat verilmişdir.
Leyla İBİŞOVA,
İmişli şəhər A.Eminov adına 7 nömrəli tam orta
məktəbin müəllimi |