Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Aprel 2012 - №16

 

Avropa Parlamentinin üzvü DİA-nın "Fəxri Doktoru" adına layiq görülüb

 

Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ölkəmizdə səfərdə olan Avropa Parlamentinin üzvü Vitautas Landsberqeslə görüş olmuşdur.

Tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik U.Ələkbərov qeyd etmişdir ki, Azərbaycan və Avropa Parlamenti arasında əməkdaşlıqda, Litva və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və inkişafı, humanitar sahədə əməkdaşlığın dərinləşməsində göstərdiyi xidmətlərinə görə İdarəçilik Akademiyasının Elmi Şurası 6 aprel 2012-ci il tarixli iclasında Avropa Parlamentinin üzvü cənab Vitautas Landsberqesə Dövlət İdarəçilik Akademiyasının "Fəxri Doktoru" adının verilməsi barədə qərar qəbul edib. Bildirilib ki, bəşəri dəyərləri təbliğ edən əsərləri ilə Azərbaycan xalqına doğma olan, 30-dan artıq kitabın müəllifi cənab Landsberqesin siyasi publisistikasında "Azərbaycanın faciəsi" adlı məqaləsinin müstəqillik tariximizin qanlı səhifəsinə həsr olunması onun şəxsiyyətini bizə daha da doğmalaşdırır. Sonra cənab V.Landsberqesə "Fəxri Doktor" diplomu, xatirə medalı, mantiya və hədiyyələr təqdim olunub.

V.Landsberqes ona yüksək "Fəxri Doktor" adının verilməsinə görə ali məktəbin rəhbərliyinə, onun professor-müəllim və elmi heyətinə dərin minnətdarlığını bildirib və Dövlət İdarəçilik Akademiyasının ilk "Fəxri Doktor"u olmasından məmnun olduğunu dedi. O, Azərbaycanın sürətli və davamlı inkişaf yolunda olduğunu, beynəlxalq arenada artan nüfuzunu, Avropa Parlamenti ilə əməkdaşlığını xüsusi qeyd edib. Tədbirin sonunda qonaq sualları cavablandırıb. Görüşdə müxtəlif dövlət qurumlarının, səfirliklərin nümayəndələri, bir çox universitetlərin rektorları iştirak ediblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov