Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Aprel 2012 - №16

 

ADU-da  Tələbə Elmi Cəmiyyətinin  illik konfransı başa çatıb

 

Aprelin 21-də Azərbaycan Dillər Universitetində  ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş  Tələbə Elmi Cəmiyyətinin illik konfransı başa çatdı.  Konfransda müxtəlif mövzular üzrə 22 bölmədə iclaslar keçirilib, 1000-ə yaxın məruzə dinlənilib.

Yekun iclasında  ADU-nun elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov  tələbələrin elmlə məşğul olmağa üstünlük verdiklərini və bunun da   onların gələcək inkişafında mühüm rol oynayacağını bildirdi.  Bölmə rəhbərlərinin hesabatları vaxtında təqdim etdiyini deyən prorektor onların işini yüksək qiymətləndirdi. O, ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovun adından bölmə rəhbərlərinə, eləcə də tələbələrə  təşəkkür etdi və gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Konfransda müxtəlif mövzularla iştirak edən tələbələrin 40 nəfəri I, 38 nəfəri II, 48 nəfəri isə III dərəcəli diplomlarla təltif edildi. Bundan əlavə, konfransda iştirakına görə 173 nəfər tələbəyə təşəkkür elan edildi  və 27  tələbə isə Tələbə Elmi Cəmiyyətinin respublika konfransında iştirak etmək hüququ qazandı. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov