Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Aprel 2012 - №16

 

Kimyanın tədrisində ekoloji tərbiyə

 

Təbiətin mühafizəsi məsələsi çoxsahəli, öyrədilməsi yolları isə müxtəlifdir.

Son illərdə kimya və ekologiyanın qarşılıqlı münasibəti məsələsi həm təbii-elmi, həm də sosial-texniki planda elmi ictimaiyyətin diqqət mərkəzində olmuşdur.  

Müasir dövrdə ekoloji vəziyyətin həm regional, həm də qlobal miqyasda kəskinləşməsi bilavasitə kimyanın, kimya texnologiyasının birtərəfli inkişafı və ətraf mühitdə süni elementlərin  miqyasının mümkün nəticələri haqqında kifayət qədər biliyin olmaması ilə əlaqədardır.

Təbiəti qorumağın əxlaqi-etik aspekti bütün fənlər üzrə tədris materiallarında öz əksini tapır. Çünki təbiəti qorumaqla insan özünü qoruyur. İnsanlar təbiətlə ahəngdarlıq təşkil edirlər.

Ekoloji tərbiyə nəticəsində məktəblilər doğma torpaq, doğma yurd, Vətən haqqında, onun flora və faunası barədə məlumatlar alır, onları qorumağın müqəddəs vəzifə olduğunu dərk edirlər. Bəzi hallarda insanın təbiətə laqeyd münasibəti sayəsində respublikanın bir çox ərazisi, torpaqları yararsız hala düşmüşdür. Ətraf mühitə fasiləsiz olaraq atılan sənaye tullantıları atmosferi, suyu, torpağı çirkləndirir, havanı zəhərləyir. Bunlar isə insanları çıxılmaz vəziyyətə salır, sağalmaz xəstəliklərə düçar edir.

Kimya və ekologiyanın qarşılıqlı təsirinin təhlili kimyanın həqiqi statusunu, onun təbiətin nəzəri və praktiki mənimsənilməsində perspektivləri ilə əlaqədardır. Təbiət tsiklinə əlavə süni maddələri tətbiq etməklə mühitin tərkibi dəyişilir. Bu isə insanın keyfiyyətcə yeni kimyəvi əhatəsini yaradır. Biosferin kimyasına texnogen təsirin güclənməsi ilə əlaqədar  kəmiyyət dəyişmələri keyfiyyət dəyişmələrinə keçir.

Ekoloji dünyagörüşün tərbiyə olunmasının məqsədi gənc nəsildə təbiətə, onun sərvətlərinə məhəbbət, qayğılı münasibət, onları qorumaq və çoxaltmaq, ekoloji şüur, əqidə və davranış normalarını formalaşdırmaqdır.

Kənd təsərrüfatının kimyalaşdırılmasının mühüm istiqamətlərindən biri də bitkilərin qida maddəsinə olan tələbatının gübrələr vasitəsilə təmin edilməsidir. Bu səbəbdən kənd təsərrüfatında gübrələr geniş tətbiq olunur. Lakin yalnız onlardan düzgün istifadə etməklə yüksək məhsuldarlıq əldə etmək olar.

Orta məktəbi bitirib kənd təsərrüfatında işləməyə gedən bir gəncin mineral gübrələrlə davranmağı bacarması üçün kimyadan "Mineral gübrələr" mövzusunu tədris etdikdə gübrələrin faydalı xassələri ilə yanaşı, onlardan düzgün istifadə edilmədikdə baş verən mənfi nəticələrlə də şagirdləri tanış etmək böyük təlim və tərbiyəvi əhəmiyyətə malikdir.

Ədəbiyyatda gübrələrin əhəmiyyəti haqqında material verilir, lakin onların ətraf mühiti çirkləndirilməsi və çirkləndirilmənin aradan qaldırılması barədə heç bir qeyd yoxdur. Odur ki, biz müəllimlər şagirdlərə ətraf mühitin çirklənməsi barədə geniş məlumat verməliyik. Bu baxımdan mineral gübrələrin növləri və onların bitkilər üçün əhəmiyyətini, mineral gübrələrin torpaqda nə dərəcədə udulmasını şagirdlərə öyrətmək lazımdır. Eyni zamanda onlara mineral gübrələri hansı şəraitdə saxlamağı, mineral gübrələrin artıq verilməsinin gələcəkdə hansı fəsadlar törədəcəyi də şagirdlərə izah edilməlidir.

Bütün bunlar şagirdlərin ekoloji tərbiyəsində mühüm əhəmiyyət kəsb edən şərtlərdir. Şagirdlərə təbiətə məhəbbət tərbiyəsində ekskursiyalar xüsusi əhəmiyyət kəsb edir. Ekskursiyalar zamanı şagirdlər müasir istehsalatla yaxından tanış olur, təbii sərvətləri əyani olaraq müşahidə edir, ətraf mühitin mühafizəsi sahəsində görülən işlərə yaxşı bələd olurlar. Bu növ ekskursiyalar şagirdlərin istehsalatla yaxından tanış olmalarına da əsaslı şərait yaradır. 

Ətrabə ƏLİYEVA,
18 nömrəli Bakı Peşə Liseyinin müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov