Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Aprel 2012 - №16

 

Şuşa məktəblərində "açıq dərs"lər

 

Şuşa Rayon Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən metodkabinetin tədbirlər planına uyğun olaraq rayonun ayrı-ayrı ümumi təhsil məktəblərində silsilə "açıq  dərs"lər keçirilir.

Fevralın 27-də Bakının "Fatmayı bağları" adlı yaşayış massivində fəaliyyət göstərən 9 nömrəli tam orta  məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Naidə Şükürovanın  VII sinifdə "Zərfin morfoloji təhlili" mövzusunda "açıq dərs"i dinlənildi.

"Açıq dərs"də rayon təhsil şöbəsinin məsləhətçiləri Əyyub Əbdüləzimov, Ceyhun Məmiyev, Zülfiyyə Həsənova, məktəbin rəhbərliyi və rayonun digər ümumi təhsil məktəblərinin fənn müəllimləri iştirak edirdilər.

Qonaqlar əvvəlcə məktəbin foyesində təşkil olunmuş şagirdlərin əl işlərindən ibarət sərgiyə baxdılar. Sonra isə "açıq dərs"də iştirak etdilər. Müəllim dərs prosesində şagirdləri "Şuşa", "Mübariz" və "Qələbə" qruplarına bölməklə onların fəallığını təmin etdi, mövzuya dair əyani vəsaitlərdən istifadə etməklə fənlərarası inteqrasiya yaratdı. Dərsdə slayd və videoçarxlardan istifadə olundu. Dərs prosesində şagirdlərə müstəqil işləmək imkanı yaradan müəllim müxtəlif variantlarda test  tapşırıqları ilə onların cavablarını qiymətləndirdi.

Sonda "açıq dərs"in müzakirəsi aparıldı. Dərsin müasir tələblər səviyyəsində qurulması, interaktiv təlim üsullarından, resurslardan geniş istifadə olunması iştirakçılar tərəfindən yüksək qiymətləndirildi, bir sıra tövsiyələr verilərək müəllimin məqsədinə nail olduğu vurğulandı. 

Rəsmiyyə MƏMMƏDOVA,
Şuşa RTŞ-ın  metodkabinetinin direktoru

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov