Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Aprel 2012 - №16

 

"Vətənin azadlığı uğrunda mübarizəyə hazır ol!"

 

Bakıdakı Namiq Həmzəyev adına 238 nömrəli tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynova həsr olunmuş "Vətənin azadlığı uğrunda mübarizəyə hazır ol!"  mövzusunda tədbir keçirildi. Əvvəlcə vətənimizin azadlığı, torpaqlarımızın müdafiəsi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru İlqar Talıbov təhsil ocağında mütəmadi olaraq vətənpərvərlik istiqamətində müxtəlif tədbirlərin keçirildiyini bildirdi. Qeyd olundu ki, hər birimiz Vətənin  müdafiəsi, torpaqlarımızın bütövlüyü  uğrunda mübarizəyə hazır olmalıyıq.

"Resurs" Gənclərin İnkişafı İctimai Birliyinin sədri Samir Mehdizadə, Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynova həsr olunmuş "Xüsusi təyinatlı" kitabının müəllifi Sahib Şirinov çıxışlarında gəncləri Vətəni sevməyə, vətənpərvər olmağa, vətən uğrunda hər bir şeyə hazır olmağa səslədilər.

Gecənin aparıcıları Milli Qəhrəman İbad Hüseynovun torpaqlarımızın azadlığı uğrunda gedən mübarizələrdə göstərdiyi igidlikdən danışdılar. Milli Qəhrəmana  həsr olunmuş "Kəşfiyyatçı"  filminə baxış keçirildi.  Tədbirin sonunda  "Xüsusi təyinatlı" kitab məktəbin kitabxanasına hədiyyə olundu.  

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov