Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Aprel 2012 - №16

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil almaq məqsədilə müsabiqə elan edir

 

Təhsil Nazirliyi 2012/2013-cü tədris ili üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində təhsil almaq məqsədilə 01.05.2012-ci il tarixindən etibarən  müsabiqə elan edir.

Müsabiqədə orta və ali məktəbdə təhsil aldığı dövrdə yüksək nailiyyətlər əldə etmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə təsdiq edilmiş "Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları"na və Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın 23 saylı, 03.04.2012-ci il tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı"na uyğun olaraq xarici ölkələrin ali məktəblərində təhsil alan və ya şərtsiz təhsil almaq hüququ qazanan vətəndaşlarımız iştirak edə bilərlər.

2012/2013-cü tədris ilində Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün aşağıdakı prioritet ixtisas istiqamətləri müəyyən edilmişdir: 

  • .biologiya;

  • .fizika;

  • .informasiya texnologiyaları;

  • .kənd təsərrüfatı;

  • .kimya;

  • .qədim dillər;

  • .mühəndislik;

  • .nanotexnologiya;

  • .neft sənayesi;

  • .riyaziyyat;

  • .tibb;

  • .turizm. 

I. Bakalavr dərəcəsi üzrə təhsil almaq məqsədilə müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır: 

1. elektron ərizə (çap edilərək imzalanmış nüsxə);

2. 2012/2013-cü dərs ilində xarici ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qəbul haqqında müvafiq sənədin notariat qaydada tərcümə və təsdiq edilmiş surəti və ümumi orta təhsil haqqında* və ya orta ixtisas təhsili haqqında notariat qaydada təsdiq edilmiş sənədin surəti;

3. hazırda xarici ali təhsil müəssisəsində təhsil alanlar üçün müvafiq ali məktəbdə təhsil almaq barədə təsdiqlənmiş sənədin və transkriptin (fənlər üzrə akademik göstəricilər) notariat qaydada tərcümə və təsdiq edilmiş surətləri;

4. ölkənin ali təhsil müəssisələrinin bakalavr səviyyəsində təhsil alanlar üçün tələbə qəbulu üzrə aparılan test imtahanında göstərdiyi nəticələri təsdiq edən sənəd, təhsil aldığı ali məktəb tərəfindən verilmiş arayış və transkript (fənlər üzrə akademik göstəricilər);

5. tələb olunan tədris dili imtahanının (TOEFL, IELTS və s.) və digər imtahanların verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikatın notariat qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda);

6. bitirdiyi ümumi orta və ya orta ixtisas təhsili və ya hazırda təhsil aldığı ali təhsil müəssisəsi tərəfindən rəsmi şəkildə təsdiqlənmiş tövsiyə məktubları (2 ədəd);

7. fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda);

8. sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi arayış);

9. tərcümeyi-hal (CV); 

10. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil; 

11. şəxsiyyət vəsiqəsinin surəti;

12. ümumvətəndaş pasportunun surəti. 

*Qeyd. 2011/2012-ci dərs ilində orta məktəbi bitirən ərizəçilər orta təhsil haqqında sənəd (attestat) aldıqdan sonra müraciət edə bilərlər.

 II. Magistratura, ordinatura, aspirantura, fəlsəfə doktoru (PhD), elmlər doktoranturu, rezidentura  və s. üzrə təhsil almaq məqsədilə müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır: 

1. elektron ərizə (çap edilərək imzalanmış nüsxə);

2. 2012/2013-cü dərs ilində xarici ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qəbul haqqında müvafiq sənədin notariat qaydada tərcümə və təsdiq edilmiş surəti;

3. hazırda xarici ali təhsil müəssisəsində təhsil alanlar üçün müvafiq ali məktəbdə təhsil almaq barədə təsdiqlənmiş  sənədin və transkriptin (fənlər üzrə akademik göstəricilər) notariat qaydada tərcümə və təsdiq edilmiş surətləri;

4. ölkənin ali təhsil müəssisələrinin magistratura və digər səviyyələrində təhsil alanlar üçün təhsil aldığı ali məktəb tərəfindən verilmiş arayış və transkript (fənlər üzrə akademik göstəricilər);

5. işlədiyi müəssisədən və ya təhsil aldığı ali məktəbdən 2 ədəd tövsiyə məktubu (xaricdə təhsil alan və ya işləyənlər üçün - notariat qaydada tərcümə və təsdiq edilmiş surətləri);

6. notariat qaydada təsdiq edilmiş ali təhsil haqqında bakalavr, magistr və ya doktorluq diplomlarının əlavələrlə birlikdə surətləri (xaricdə təhsilini başa vuranlar üçün - notariat qaydada tərcümə və təsdiq edilmiş surətləri);

7. tələb olunan tədris dili imtahanının (TOEFL, IELTS və s.) və digər imtahanların verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikatın notariat qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda);

8. digər təhsil müəssisələrində, kurslarda, ordinatura və magistraturada oxumağı təsdiqləyən sənədlərin notariat qaydada təsdiqlənmiş surətləri (xaricdə təhsilini başa vuranlar üçün - notariat qaydada tərcümə və təsdiq edilmiş surətləri);

9. sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi arayış);

10. fəlsəfə doktoru və ya elmlər doktoru dərəcəsi almaq üçün xarici ölkədə təhsil almaq istəyən şəxslər üçün müvafiq sənədlərə əlavə olaraq tədris və tədqiqat işinə dair ümumi məlumat, həmçinin, məqalə, tezis, monoqrafiya, digər elmi nəşrlər və tədris-metodiki işlərin siyahısı;

11. tərcümeyi-hal (CV); 

12. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil; 

13. şəxsiyyət vəsiqəsinin surəti;

14. ümumvətəndaş pasportunun surəti. 

Qeyd.

- Bakalavrdan sonrakı təhsil səviyyəsi üçün müraciət edən, həqiqi hərbi xidmətə çağırışçı olan namizəd müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ aldığını təsdiq edən sənədi və ya hərbi xidmət keçdiyi halda, hərbi biletin notariat qaydada təsdiq olunmuş surətini təqdim etməlidir.

- Seçim Qaydalarının 3.1.6-cı bəndinə istinadən qeyd edirik ki, bütün iddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçilmiş ixtisasa uyğun olmalıdır. 

Müsabiqədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin müvafiq veb saytlarında (www.edu.gov.az, http://xaricdetehsil.edu.gov.az) yerləşdirilmiş elanın mətnində verilən link vasitəsilə elektron ərizə formasını doldurub, çap edib imzalayaraq, müvafiq sənədlərlə birgə Təhsil Nazirliyində qeydiyyatlarını təsdiq etdirməlidirlər.

Müraciətlərin təsdiqi, elektron ərizə doldurularkən ərizəçilər tərəfindən seçilmiş qəbul vaxtlarında Təhsil Nazirliyində həyata keçirilir. 

Qeyd. Təhsil Nazirliyinə təqdim olunmuş sənədlər geri qaytarılmır. 

Müraciət üçün son müddət 20 avqust 2012-ci il. 

Əlaqə telefonları: 496-91-13; 496-33-11; 496-34-00(daxili: 164; 260; 179)

 
 
 
Səhifənin başına qalx "Elanlar" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov