Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

27 Aprel 2012 - №16

 

British Council-in Qlobal Onlayn Layihələri

 

İngilis dilinin tədrisi – İnformasiya-Kommunikasiya Texnologiyalarının ingilis dilinin tədrisində tətbiqi – (Learning Technologies kursu)  

Kim iştirak edə bilər? 

İnformasiya-Kommunikasiya Texnologiyalarının ingilis dilinin tədrisində tətbiqinə dair kurs əsasən İKT-yə dair  ilkin tanışlıq əldə etmək istəyən az təcrübəli müəllim, yaxud müəllim olmaq istəyən sonuncu kurs tələbələri, ixtisasartırma kursu vasitəsilə İKT-nin ingilis dilinin tədrisində tətbiqi ilə ilk dəfə tanış olan təcrübəli müəllimlər üçün nəzərdə tutulmuşdur.  

Kursun məzmunu

Kurs Moodle-dan istifadə qaydalarına dair izahat bölməsi olan giriş, İKT-nin ingilis dilinin tədrisində tətbiqinə dair kursa giriş, Veb saytların qiymətləndirilməsi və seçilməsi, Vebə inteqrasiya, axtarış, müəllif hüquqları və onları qoruyan materiallar, tədris zamanı ofis proqramlarından istifadə və s. kimi 17 mövzunu əhatə edir. 

Yanaşma və metodologiya

British Council-in bütün onlayn kursları kimi bu kurs da email və müzakirə forumları vasitəsilə dəyişkən cədvəl əsasında rahat öyrənməyə şərait yaradır. 

Saytı nəzərdən keçirmək üçün aşağıdakı linkə daxil olun və aşağıda verilmiş istifadəçi adı və şifrədən istifadə edin:

· Daxil olun http://courses.britishcouncil.org/pub/learningtechnologies

· İstifadəçi adı: demotrainer

· Şifrə: D3mo

· Menyudakı admin seçiminə daxil olun 

 

İngilis Dilinin Tədrisi – İlkin tədrisin əsasları (Primary Essentials) 

Kim iştirak edə bilər? 

İngilis Dilinin Tədrisi – İlkin tədrisin əsasları 5-12 yaş arasında şagirdlərlə işləyən müəllimlər üçün ixtisasartırma kursudur.  

Kursun məzmunu

Kurs altı moduldan ibarətdir: 

1. Onlayn təlimə giriş

2.  Uşaqların tədrisinə dair ilkin addımlar

3. Mahnı və oyunlar

4. Öyrənmə üsulları

5. Proqram və dərsin planlaşdırılması

6. Sinfin idarə olunması 

Hər modulun tərkibi təxminən səkkiz saat təşkil edir və onlayn  kurs təxminən 10 həftə davam edir.

İştirakçılar hər modulun sonunda qiymətləndiriləcəkdir.  

Primary Essentials səhifəsində animasiyalı turu izləyin.   

İngilis dilinin tədrisi – (TKT Essentials kursu) 

Kim iştirak edə bilər? 

İngilis dilinin tədrisi - TKT Essentials kursu müxtəlif müəllim qrupları tərəfindən istifadə oluna bilər. 

Kursun məzmunu 

Onlayn kurs 33 bölmədən və hər biri 90  və 180 dəqiqə arası təşkil edən 3 moduldan ibarətdir.

Modul 1 və Modul 2 ilə 3 ayrılıqda 2 kurs kimi götürülür:  

· Modul1 – dil və dilin öyrənilməsi və tədris edilməsinə dair izahat

· Modul 2 – dərsin planlaşdırılması və dilin tədrisi üçün vəsaitlərdən istifadə

· Modul 3 –tədris və öyrənmə prosesinin idarə edilməsi 

Yanaşma və metodologiya

British Council-in bütün onlayn kursları kimi bu kurs da email və müzakirə forumları vasitəsilə dəyişkən cədvəl əsasında rahat öyrənməyə şərait yaradır. 

Veb sayta daxil olub nəzərdən keçirmək üçün aşağıdakı linkə daxil olun və aşağıda verilmiş istifadəçi adı ilə şifrədən istifadə edin:

http://courses.britishcouncil.org/pub/tkt/ 

İstifadəçi adı: demoparticipant

Şifrə: D3mo  

Kurslarda iştirak etmək üçün  kompüter, internet rabitəsi və həftə sonları da daxil olmaqla hər gün 60 dəqiqəyədək vaxt sərf etmək tələb olunur. Kurslar mütəmadı olaraq hər üç aydan bir keçirilir. Kursların hər birinin qiyməti 80 AZN-dir.

 
 
 
Səhifənin başına qalx "Elanlar" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov