Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

4 May 2012 - №17

 

Heydər Əliyev lektoriyasının növbəti məşğələsi

 

Naxçıvan Özəl Universitetində Heydər Əliyev  lektoriyasının növbəti məşğələsi keçirilmişdir. Məşğələni giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açmışdır. Universitetin tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli "Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır" mövzusunda  məruzə etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə ulu öndər bütün həyatını yalnız canından çox sevdiyi xalqına, onun xoşbəxt yaşamasına həsr etmişdir.

Vətənin ağır günündə xalqın tələbi və iradəsi ilə böyük siyasətə qayıdan Heydər Əliyev bacarıqlı dövlət xadimi, müdrik sərkərdə kimi Azərbaycanın nicatını təmin etdi, xalqı düşdüyü çətin vəziyyətdən xilas etdi.

Dövlət və hakimiyyət böhranı aradan qaldırıldı, vətəndaş müharibəsinə son qoyuldu, separatçılıq meyillərinin, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Milli Ordu yaradıldı, atəşkəs elan olundu, makroiqtisadi sabitlik təmin edildi. Yeni, azad, suveren və müstəqil dövlət yaratmaq arzusu həqiqətə çevrildi. O da vurğulanmışdır ki, bu gün Azərbaycan öz iqtisadi inkişafına görə dünyanın öndə gedən ölkələrindən birinə çevrilmişdir.

Ölkəmizin yüksək iqtisadi inkişafının,  dünyada söz sahibi olmasının təməlində isə məhz ölkə başçısı İlham Əliyevin Heydər Əliyev siyasi kursunu layiqincə davam və inkişaf etdirməsi dayanır. Azərbaycanı inkişaf etdirən,  ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin təminatçısıdır. Bu gün Azərbaycanın sükanı etibarlı əllərdədir.

Sonra tədbir iştirakçıları ulu öndərin həyat və fəaliyyətini əks etdirən sənədli filmə baxmışlar. 

Nuray ƏSGƏROVA,
Naxçıvan Özəl Universitetinin əməkdaşı

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov