Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

4 May 2012 - №17

 

"Azərbaycan təhsil tarixi" üçcildlik kitabının təqdimatı oldu

 

 Mayın 3-də "Hilton" otelində Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə təhsil naziri, professor Misir Mərdanovun "Azərbaycan təhsil tarixi" üçcildlik kitabının təqdimat mərasimi keçirilib.

Tanınmış elm və mədəniyyət xadimlərinin, təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri təqdimat mərasimini giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirib ki, bu gün Azərbaycan təhsili yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanda yüksək təhsilli, müasir dünyanın fəal üzvünə çevrilmək iqtidarında olan gənc nəslin formalaşdığını qeyd edən icra katibi bunu ölkə təhsilinin ümumi inkişaf səviyyəsinin təzahürü kimi səciyyələndirib.

Əli Əhmədov Azərbaycan təhsilinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş zəngin inkişaf yolunun ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini nəzərə çatdırıb. Gələcək nəsillərin müasir dövrümüzdə qazanılmış nailiyyətlərlə yanaşı, bu mərhələyə qədər keçilmiş yol haqqında da müfəssəl məlumatlar əldə etmək haqqının olduğunu nəzərə çatdıran Milli Məclisin deputatı təhsil naziri, professor Misir Mərdanovun müəllifliyi ilə hazırlanmış "Azərbaycan təhsil tarixi" üçcildlik kitabının təhsil tariximizin ciddi şəkildə öyrənilməsi ehtiyacından irəli gəldiyini bildirib. Kitabı yüksək qiymətləndirən Ə.Əhmədov deyib ki, bu toplu sadəcə dərin tədqiqat araşdırması deyil, həm də ən təcrübəli təhsil idarəedicisinin təhsilə verdiyi töhfədir.

"Azərbaycan təhsil tarixi" kitabının əhəmiyyəti, məzmun zənginliyi barədə fikirlərini bildirən Milli Məclisin sədr müavini Bahar Muradova, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Vaqif Abbasov, Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, professor Fərrux Rüstəmov və "Təhsil" Nəşriyyat-Poliqrafiya MMC-nin baş direktoru Bəhruz Axundov bu toplunu tarixi proseslərə obyektiv münasibət baxımından mükəmməl elmi mənbə kimi dəyərləndiriblər. Qeyd edilib ki, kitab professor Misir Mərdanovun Azərbaycan təhsili ilə bağlı arzu və istəklərinin aynası olmaqla yanaşı, həm də keçmişi qiymətləndirməyə, müasir dövrün proseslərinə işıq salmağa və gələcəyi daha düzgün müəyyənləşdirməyə imkan verir.

Təhsil naziri Misir Mərdanov "Azərbaycan təhsil tarixi" üçcildlik kitabının belə möhtəşəm təqdimat mərasiminin reallaşmasına verdiyi dəstəyə görə Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib, müəllifi olduğu üçcildlik kitabın hazırlanması işinə ümummilli lider Heydər Əliyevin tövsiyəsi əsasında başlanıldığını nəzərə çatdırıb. Nazir kitabın üç cildinin ərsəyə gəlməsini ulu öndərin parlaq ideyalarından daha birinin də gerçəkləşməsi kimi səciyyələndirib və bu işin davam etdirildiyini, kitabın IV cildinin hazırlandığını qeyd edib.

Kitabın hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirən Misir Mərdanov Azərbaycan təhsilinin keçdiyi zəngin və şərəfli inkişaf yolunun üçcildlikdə əksini tapdığını vurğulayıb. Nazir bildirib ki, kitabın I cildində 1920-ci ilədək, II cildində sovet dövrünün, III cildində isə Azərbaycanın müstəqillik illərinin təhsil tarixi ilə bağlı məlumatlar əks olunub və ölkə təhsilinin mövcud inkişaf səviyyəsinə çatması üçün görülmüş işlər barədə geniş məlumatlar verilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov