Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

4 May 2012 - №17

 

AMİ-nin  Tələbə Elmi Cəmiyyətinin VI konfransı

 

Aprelin 27-də Azərbaycan Müəllimlər İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunan Tələbə Elmi Cəmiyyətinin VI konfransı keçirilib.

Konfransı institutun rektoru, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı açaraq qeyd edib ki, Azərbaycanın çoxminli təhsil işçiləri və gənc tədqiqatçıları üçün Heydər Əliyev ideyalarını dərindən tədqiq etmək, mənimsəmək, onları daim təbliğ etmək bu günün və gələcək onilliklərin ən mühüm vəzifələrindən biridir. Rektor bu sahədə yeni səylərin göstəriləcəyinə, daha mühüm addımların atılacağına əminliyini ifadə edib.

Plenar iclasda institutun elmi işlər üzrə prorektoru Xatirə Hüseynova "Davamlı sosial-iqtisadi inkişafda elm və təhsilin rolu" mövzusunda çıxış edərək Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında aparılan siyasətin ölkəmizin siyasi-iqtisadi böhrandan xilas olmasına imkan verdiyini bildirib. Qeyd olunub ki, dahi şəxsiyyətin siyasi kursunun layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi altında sosial-iqtisadi və digər sahələrdə əhəmiyyətli işlər görülmüş, qanunvericilik islahatları aparılmışdır. Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən təhsilimizin inkişafına daim diqqət və qayğı göstərilir.

Tələbələrdən Bahar Məmmədrzayeva "Heydər Əliyev hərtərəfli və dinamik inkişaf yolunda olan yeni Azərbaycanın banisi və qurucusudur", Aytən Nərimanlı "Etnososial mühit və adqoyma problemləri" mövzularında çıxış ediblər.

Konfransa təqdim olunan məruzələr bölmə iclaslarında dinlənilib və sonda qaliblər mükafatlandırılıb. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov