Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

4 May 2012 - №17

 

Şairə Məhəbbət İbrahimova şagirdlərin qonağı olub

 

Aprelin 28-də Bakının Nərimanov rayonundakı A.Mustafayev adına  202 nömrəli  tam orta məktəbdə  şairə Məhəbbət İbrahimova ilə  görüş keçirildi.

Məktəbin direktoru Qasım Qasımov  M.İbrahimova ilə  görüşün pedaqoji kollektiv və şagirdlər üçün əhəmiyyətindən danışaraq belə tədbirlərin təhsil ocağında tez-tez keçirildiyini dedi.

Gecənin aparıcıları qonağın həyatı və yaradıcılığı  barədə  görüş iştirakçılarına məlumat verdilər.

Çıxış edənlər  qeyd etdilər ki, böyüməkdə olan gənc nəslin dünyagörüşünün genişlənməsində, tarixinə bağlı bir  vətəndaş, şəxsiyyət  kimi formalaşmasında ziyalılarla keçirilən görüşlərin əhəmiyyəti böyükdür.

Məktəbin şagirdləri  Rəqsanə Qurbanova, Aysel Abdullayeva, Züleyxa İsmayılova, Sevda Mahmudova, Əminə Balaqardaşova, Minayə İsgəndərova, Ayxan Məhərrəmov, Elariz Mirzəyev, Solmaz Abdullayeva, İlgün Nafilə  Məhəbbət İbrahimovanın şeirlərindən və irihəcmli əsərlərindən parçalar söylədilər. 

Tədbirin sonunda söz  Məhəbbət  İbrahimovaya verildi. O, şagirdlərə elmlərin əsaslarına dərindən yiyələnməyi tövsiyə etdi.

Məktəb kollektivi qonaqla xatirə şəkli çəkdirdi.  

Rəşad RAMAZANOĞLU

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov