Bakıdakı "Zəngi" liseyində müxtəlif yerli və beynəlxalq
yarışlarda, olimpiadalarda fərqlənən, medal və
diplomlarla mükafatlandırılan şagirdlərlə görüş
keçirilib. Liseyin Valideyn-Müəllim Assosiasiyasının
prezidenti Vüqar Rəhimzadə təhsil ocağının
uğurlarından söz açaraq olimpiada qaliblərini təbrik
edib, onların bundan sonra da daha böyük qələbələr
qazanacağını əminliklə vurğulayıb.
Bildirildi ki, liseyin şagirdlərindən Ətraf Mühitin
Mühafizəsi VI Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-AVRASİYA)
qaliblərindən Fidan Abdullayeva və Rauf Rəhimzadə "Şərq
fıstığının ekoloji sirləri" mövzusunun mükafatçıları
sırasına daxil olublar. Sonra Vüsalə Babayeva
Bolqarıstanda keçirilən musiqi festivalının "Qran Pri"
mükafatına, respublika fənn olimpiadasında Aytac
Dəmirçibəyli biologiya fənni üzrə I, Adil Rəşidli
riyaziyyat fənni üzrə III, Səlim Rəhimzadə Azərbaycan
dili fənni üzrə IV yerlərə layiq görülüb. Nigar Nəcəfova
olimpiadanın şəhər turunun qalibi olub. Ramin Quluzadə
və Vüqar Hacıyev isə 12 aprel kosmonavtika gününə həsr
olunan müsabiqədə ən yaxşı təqdimat hazırladıqlarına
görə mükafatlandırılıblar.
Tədbirin yekununda şagirdlər rəngarəng musiqi
proqramları ilə çıxış ediblər.
Sifai SƏFƏROVA |