Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

11 May 2012 - №18

 

Qafqaz Universitetində "IV Gənclik şənliyi"

 

 Mayın 7-də Qafqaz Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş   "IV Gənclik şənliyi" keçirildi. Tələbələrin təşkilatçılığı ilə hazırlanmış  tədbir çərçivəsində universitetin həyətində onların bədii və intellektual  yaradıcılığının məhsulu olan rəsm əsərlərindən və əl işlərindən, maketlərdən ibarət  sərgilər açılmış, köşklər quraşdırılmışdı. Qrup-qrup həmin köşklərdə  əylənən tələbələr mahnı oxuyur, şeir söyləyirdilər.

Ənənəvi olaraq artıq dördüncü ildir ki, keçirilən bayram şənliyi ulu öndər Heydər Əliyevin  ifasında  Səməd Vurğunun "Azərbaycan" şeirinin bir bəndinin səsləndirilməsi ilə başlandı. Aparıcılar müasir Azərbaycan  dövlətinin qurucusu və memarı, böyük siyasətçi və dövlət xadimi  Heydər Əliyevə həsr olunmuş şeirlər söylədilər, onun xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açdılar. Əsası ümummilli lider tərəfindən qoyulmuş  quruculuq işlərinin, müdrik daxili və xarici siyasətin  möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, milli mədəniyyətimizin beynəlxalq aləmdə təbliğində  YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın  xidmətləri vurğulandı.

Meydan  istedadlı tələbələrə verildi. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə bu ilin yazında Gəncədə keçirilmiş "Tələbə baharı" musiqi festivalında  ayrı-ayrı nominasiyalar üzrə qalib olmuş Qafqaz Universitetinin qızlardan ibarət rəqs kollektivi, tələbələri mahnı və rəqslər ifa etdilər.

Sonra aparıcılar universitetdə 3000 tələbənin iştirakı ilə keçirilən  "İlin adamı" sorğusunun  nəticələri barədə məlumat verdilər. Məlumatdan bəlli oldu ki, aparılmış seçim zamanı "İlin müəllimi" nominasiyası üzrə Qafqaz Universitetinin eyni səs toplayan iki əməkdaşı - iş dünyası üzrə prorektor Təyyar Mustafayev və  Azərbaycan dili və ədəbiyyatı bölməsinin baş müəllimi Rəhman Quliyev, "İlin idman adamı" nominasiyası üzrə ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev,  "İlin yerli iş adamı" nominasiyası  üzrə "Embawood" şirkətinin prezidenti  Elşad Abbasov, "İlin xarici iş adamı" nominasiyası üzrə "Azercell Telekom"un prezidenti Əli  Ağan, "İlin vətənpərvər millət vəkili" nominasiyası üzrə Milli Məclisin deputatı Qənirə Paşayeva, "Azərbaycanın beynəlxalq aləmdə  tanıdılmasında xidmətlərinə görə ilin adamı" nominasiyası üzrə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva  qalib elan olunublar. Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç professor Nərgiz Paşayevaya, digər qaliblərə ilin adamı seçilmələri barədə  diplomları təqdim edərək onları təbrik etdi. Professor Əhməd Saniç professor Nərgiz Paşayevanın çoxcəhətli fəaliyyətinin bəzi məqamlarını diqqətə çatdıraraq Azərbaycanın xaricdə tanıdılması sahəsində böyük xidmətləri olduğunu, ölkələr və xalqlar arasında mehriban münasibətlərin   möhkəmləndirilməsinə verdiyi töhfələrə görə bir sıra ölkələrin  və təşkilatların ali mükafatlarına layiq görüldüyünü bildirdi.

Mərasimdə çıxış edən M.V.Lomonosov adına  MDU-nun Bakı filialının rektoru, professor Nərgiz Paşayeva sorğuda onu Azərbaycanın beynəlxalq aləmdə tanınmasında  göstərdiyi xidmətlərə görə ilin adamı seçdikləri üçün tələbələrə minnətdarlıq etdi,  onlara  təhsillərində uğurlar arzuladı. Professor Nərgiz Paşayeva  ulu öndər Heydər Əliyevin keçdiyi  şərəfli və mənalı həyat yoluna nəzər salaraq onun  təhsil və gənclər siyasətinə  böyük önəm verdiyini bildirdi.

Tədbir tanınmış müğənni Tünzalə Ağayevanın ifasında  vətənpərvərlik mövzusunda mahnılarla davam etdirildi. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov