BDU-nun
kitabxanaçılıq-informasiya fakültəsində ulu öndər Heydər
Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə "Heydər
Əliyev və Azərbaycan dövlətçiliyi" mövzusunda sərgi
keçirilib. Sərgidə ümummilli liderin həyat və
yaradıcılığının bütün istiqamətlərini əks etdirən 300-dən
artıq Azərbaycan, ingilis, türk, rus, ərəb dillərində
nəşrlər sərgilənib. Tədbirdə həmçinin quraşdırılmış
monitor vasitəsilə Heydər Əliyevin həyat və
yaradıcılığına həsr edilmiş elektron kitabların
təqdimatı və Heydər Əliyev və Azərbaycan dövlətçiliyi
sənədli materiallar toplusunun nümayişi olub. Mərasimdə
iştirak edən rektor, akademik Abel Məhərrəmov sərginin
əhəmiyyətindən bəhs edib və "Xoşbəxt o xalqdır ki, onun
ümummilli lideri var, xalq o halda daha da xoşbəxtdir ki,
bu siyasi kurs ölkədə uğurla davam edir", - deyərək ulu
öndərin Azərbaycan dövləti və xalqı qarşısında tarixi
xidmətlərindən danışıb. Rektor böyük öndərin ölkə
həyatında - siyasətində, iqtisadiyyatında, elm və
təhsilində, digər sahələrdə həyata keçirdiyi
islahatlardan, möhtəşəm layihələrdən bəhs edib,
birmənalı olaraq qüdrətli Azərbaycanın bütün
nailiyyətlərinin bu böyük şəxsiyyətin adı ilə bağlı
olduğunu bir daha tədbir iştirakçılarının diqqətinə
çatdırıb.
BDU-nun Mətbuat və informasiya şöbəsi |