Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 

ARXİV

11 May 2012 - №18

 

"Kaspi" Təhsil Mərkəzi 5 illik yubileyini qeyd edib

 

Mayın 4-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan təhsil sahəsində yenilikləri ilə seçilən "Kaspi" Təhsil Mərkəzinin 5 illik yubileyi qeyd olunmuşdur.

AzərTAc xəbər verir ki, tədbirdə əvvəlcə mərkəzin fəaliyyəti, gördüyü işləri əks etdirən film nümayiş olunmuşdur.

"Kaspi" Şirkətlər Qrupunun rəhbəri Sona Vəliyeva tədbir iştirakçılarına mərkəzin yaranması tarixi barədə ətraflı məlumat vermiş, 5 illik fəaliyyət dövrünə nəzər salaraq ötən müddətin nailiyyətlərlə yadda qaldığını vurğulamışdır. Şirkətlər qrupunun rəhbəri bugünkü yubiley tədbirinin hesabat xarakterli olduğunu qeyd etmişdir. S.Vəliyeva bildirmişdir ki, mərkəzin yaradılmasında məqsəd təhsil sahəsinə yeniliklər gətirmək, beynəlxalq standartlara cavab verən bir sistem yaratmaq olmuşdur.

Mərkəzin təsisçisi rəhbərlik etdiyi qurumun əsas vəzifələrinin Azərbaycan vətəndaşlarına xarici dilləri mükəmməl öyrətmək, kompüter biliklərini genişləndirmək, beynəlxalq arenaya inteqrasiyanı sürətləndirmək olduğunu qeyd etmişdir. Xanım Sona Vəliyeva bildirmişdir ki, hazırda "Kaspi" Təhsil Mərkəzində dünya standartlarına cavab verən magistr, xaricdə təhsil, məktəbəqədər və abituriyent hazırlıqları şöbələri fəaliyyət göstərir. O, 5 il ərzində müxtəlif yaş qrupundan olan minlərlə tələbənin "Kaspi"də ingilis və rus dillərini öyrəndiyini, "Azercell"in jurnalistlər üçün ingilis dili kursları layihəsi çərçivəsində 30-dan çox jurnalistin ingilis dili hazırlığı keçdiyini diqqətə çatdırmışdır.

Sona Vəliyeva 5 ildə mərkəzin xaricdə təhsil şöbəsinin 100-dən çox tələbənin xarici ölkələrin aparıcı universitetlərinə qəbul olunmasına nail olduğunu, hazırda "Kaspi"nin dünyanın 120-dən çox nüfuzlu universiteti ilə əməkdaşlıq etdiyini demişdir.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Milli Məclisin deputatı Gülər Əhmədova və başqaları "Kaspi" Təhsil Mərkəzinin həyata keçirdiyi layihələrdən, 5 ildə mərkəzin Azərbaycanın təhsil sahəsinə verdiyi töhfələrdən danışmışlar.

"Kaspi" Təhsil Mərkəzi 2007-ci il mayın 4-dən fəaliyyət göstərir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön

Səhifənin başına qalx

 
 

 
 
 
 
 
 
 

 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 

AZƏRBAYCAN
RESPUBLİKASI
TƏHSİL
QANUNU

ƏN YAXŞI
MÜƏLLİMLƏR

ƏN YAXŞI
MƏKTƏBLƏR

700 BAL
TOPLAYANLAR

 
Heydər Əliyev
İlham Əliyev
Heydər Əliyev Fondu

Təhsil Nazirliyi

 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

ELANLAR

       
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov